...

"S 20"-nin saxta soyqırım siyasəti

Siyasət Materials 2 Fevral 2015 20:00 (UTC +04:00)
Qondarma "erməni soyqırımı"nı tanıyan ölkələrin təsnifatını aparsaq, maraqlı faktları aşkar etmək olar. İndiyə kimi bu tarixi saxtakarlığı 20 dövlət tanıyıb.
"S 20"-nin saxta soyqırım siyasəti

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Qondarma "erməni soyqırımı"nı tanıyan ölkələrin təsnifatını aparsaq, maraqlı faktları aşkar etmək olar. İndiyə kimi bu tarixi saxtakarlığı 20 dövlət tanıyıb.

Bunlardan 14-ü Avropa, 4-ü Cənubi Amerika, hərəsindən biri olmaqla Şimali Amerika (Kanada) və Asiya (Livan) təmsilçisidir. Göründüyü kimi, saxta iyirmilik ("S20") siyahısında Afrika və Avstraliya qitəsinin dövlətləri yoxdur.

Bəs niyə Afrika qondarma "soyqırım"ı tanımayıb? Asiyanın söz sahibi ölkələri də bu məsələdə kənarda qalıb. Hərçənd 1915-ci il hadisələri coğrafi mövqe baxımından məhz Asiyada cərəyan edib.

Yalançı şahid qismində çıxış edən ölkələrə nəzər salsaq, görərik ki, həmin dövlətlərdə ya erməni diasporu güclüdür, ya da o ölkələrin Türkiyə ilə tarixi hesablaşmaları var. Daha da konkretləşdirsək, qondarma "soyqırım"ın tanınması üçün 3 şərt vacibdir: maddi maraq, erməni diasporunun gücü və tanıyan ölkənin Türkiyəyə təzyiq istəyi.

Bu baxımdan, yuxarıdakı sualın cavabını tapmış olarıq. Görünür, Afrika və Avstraliya qitələrində 3 şərtdən biri və ya ikisi üçün münbit şərait yoxdur. Ermənilər həmişə firavan ölkələrdə yerləşiblər. Ona görə Afrika hara, erməni hara?

Digər diqqətçəkən məqam "S 20"-də müsəlman dövlətinin yoxluğudur. Erməni saxtakarlığını tanımış Livanı bəziləri müsəlman dövləti kimi qələmə verə bilər. Lakin burada erməni lobbiçiliyi güclüdür. Livanda 150 min civarında erməni yaşayır. Eyni zamanda müsəlmanlarla yanaşı digər dinin nümayəndələri azlıq təşkil etmir.

Ötən il İtaliyanın ("S 20"-yə daxildir) öz hesabına erməni sülhməramlıları bu ölkəyə göndərməsi də məna kəsb edir.

Qondarma "erməni soyqırımı"nı tanıyan elə ölkələr var ki, bu, sadəcə insanda təbəssüm doğurur. İlk dəfə bunu etmiş Uruqvay (1965), yaxud bu işdə sonuncu olan Boliviya (2014) əhalisi heç Ermənistanın harada yerləşdiyini bilmir. Deməli bu işdə erməni diasporunun barmağı və pulu var. Çünki həmin ölkələr güclü erməni lobbiçiliyinin mövcud olduğu məkan kimi tanınır.

Rusiya və Fransanın Türkiyə ilə tarixi hesablaşmaları olduğu məlumdur. Belə ki, Rusiyanın saxtakarlığı tanıyan sənədində 1915-ci il hadisələrinin "qədim erməni torpaqları"nda baş verdiyi və "soyqırım"ın Rusiyanı dağıtmaq üçün edildiyi deyilir. Ermənistan müstəqillik qazandıqdan sonra "S 20"-yə daxil olmuş dövlət məhz Rusiyadır.

Əlcəzairlilərə qarşı soyqırım törətmiş Fransa dünyanın gözündə ədalətli görünməyə çalışır. Yəhudilərə qarşı soyqırım törətmiş Almaniya isə bu işdə yeganə dövlət olmamaq üçün saxtakarlığı tanıyıb. Avropanın digər güc mərkəzi Böyük Britaniyanın "S 20"-dən kənarda qalması maraqlı deyilmi?

Pulun çox şeyi həll etdiyi və ədalətsizliyin hökm sürdüyü dünyada "S 20"-nin genişlənəcəyi istisna edilmir. Azərbaycan və Türkiyənin üzərinə düşən vəzifə siyasi və iqtisadi baxımdan daha da güclü olub həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Üstəlik bizim ermənilərdən fərqli olaraq Xocalı soyqırımı kimi tarixi reallığımız var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti