...

Prezidentin fərmanı ləğv edildi

Siyasət Materials 11 Fevral 2015 19:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.
Prezidentin fərmanı ləğv edildi

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 23 sentyabr tarixli 739 nömrəli sərəncamının tətbiqi ilə əlaqədar qərara alıb ki, "Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli fərmanı ləğv edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti