...

Qriqoryanın Sumqayıtdakı təxribatları: 27 il sonra...

Siyasət Materials 25 Fevral 2015 13:49 (UTC +04:00)
"Azərbaycana qarşı Sumqayıt təxribatı - "Qriqoriyan işi" kitabının təqdimatı keçirilib.
Qriqoryanın Sumqayıtdakı təxribatları: 27 il sonra...

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlkin İzzət/

"Azərbaycana qarşı Sumqayıt təxribatı - "Qriqoriyan işi" kitabının təqdimatı keçirilib. Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Sumqayıt hadisələrinin 27-ci ildönümü münasibətilə təşkil edilmiş konfransda "Azərbaycana qarşı Sumqayıt təxrinatı - "Qriqoriyan işi" kitabının təqdimatı keçirilib.

Kitab Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının qərarına əsasən ərsəyə gəlib. Kitabın elmi redaktoru akademik Ramiz Mehdiyev, müəllifi jurnalist, Azərbaycan Dövlət Televiziyasının sədr müavini İbrahim Məmmədovdur.

Qeyd edilib ki, kitab 335 səhifədən, 4 fəsildən ibarətdir və Azərbaycan xalqının yaxın tarixində qaranlıq mərhələ təşkil edən Sumqayıt hadisələri haqqında jurnalist təhqiqatının məhsuludur. Müəllif kitabda ciddi araşdırmalar apararaq ciddi faktlar və sənədlər əsasında sübüt edir ki, 26-sı erməni və 6-sı azərbaycanlı olmaqla, 32 nəfərin ölümünə səbəb olan bu hadisələr erməni fitnəkarlarının və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycana qarşı çox qəddarlıqla düşünülmüş təxribatı, ermənilərin tarixən qonşu xalqlara, birinci növbədə Qafqazın türk-müsəlman əhalisinə qarşı həyata keçirdikləri təcavüzkarlıq siyasətinin mühüm halqalarındən biridir.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində kitabın tədris vəsaiti kimi istifadə edilməsi nəzərdə tutulur. O, həmçinin qeyd edib ki, kitab Sumqayıt hadisələrinin əsl mahiyyətinin, onların əsl təşkilatçılarının kimlərin olduğunun dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynaya bilər.

Kitabın müəllifi İbrahim Məmmədov qeyd edib ki, bütün fakt və sənədlərlə sübut edilib ki, Sumqayıt hadisələri zamanı 6 erməninin qətlində iştirak etmiş Eduard Qriqoryanın özü də ermənidir. Bunu hətta Qriqoryanın özü də etiraf edib: "Araşdırmalar zamanı müəyyən edilib ki, ermənilər və SSRİ xüsusi xidmət orqanları bu hadisələrə əvvəlcədən hazırlıq görüblər. Əldə edilmiş faktlar sübut edir ki, Sumqayıt hadisələri Azərbaycana və Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış təxribatdır".

Müəllif bildirib ki, kitabda SSRİ və Azərbaycan SSR Prokurorluqlarının əməkdaşları tərəfindən aparılmış istintaq materiallarından, cinayətin icraçılarının, zərərçəkənlərin və digər şahid ifadələrindən, həmçinin məhkəmə materiallarından istifadə olunub. Bununla belə, uydurma "Böyük Ermənistan" problemi, "erməni məsələsinə" həsr olunmuş çoxsaylı ədəbiyyatdan istifadə edilməklə, hadisələrin səbəb və nəticələri, cinayətin bəzi icraçılarının cəzalandırıldığı da göstərilir. Nəşrdə Sumqayıt iğtişaşlarının yaranma səbəbinin izahını verən, iştirakçılarını ifşa edən müəlliflərin öz obyektivliyi və subyektivliyi ilə seçilən fərziyyə, mühakimə və mülahizələri də yer alıb. Kitab artıq Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərinə tərcümə olunaraq nəşr edilib.

Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov bildirib ki, "Azərbaycana qarşı Sumqayıt təxribatı - "Qriqoriyan işi" kitabı 1988-ci il fevralın 28-də Sumqayıt şəhərində baş verən hadisələrin gedişinin sistemli şəkildə öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. O, həmçinin qeyd edib ki, Sumqayıt hadisələrinin əsl səbəbkarlarının və cinayətkarların tapılaraq layiqli cəzalarının verilməsi üçün Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən iş aparılır. R.Usubovun sözlərinə görə, araşdırmalar əsasında artıq Eduard Qriqoryanın yeri də müəyyən edilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib ki, bu kitab erməni terrorçuluğunun, işğalçılığının tarixində, onların təcavüzkar psixologiyasında çox kiçik bir epizodu ifadə edir. Əslində istər 1988-ci Sumqayıt, istər 1990-cı il Bakıdakı 20 yanvar hadisələrinin dərin tarixi kökləri var. Ermənilər niyyətlərini həyata keçirmək üçün yüzillər boyu planlaşdırılmış, sistemli və təşkilatlanmış şəkildə iş aparıblar.

Konfransda çıxış edən digər alim və tədqiqatçılar kitabın dünyada "erməni mifi"nin dağıdılmasında, onların yalanlarının ifşa olunmasında əhəmiyyətli rol oynayacağını vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti