...

Mövlud Çavuşoğlu: Türkiyə və Azərbaycan güclü olmalıdırlar (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 25 Fevral 2015 18:00 (UTC +04:00)
"Bakı və Ankara bu çətinliklər qarşısında davam gətirmək üçün güclü olmalıdırlar".
Mövlud Çavuşoğlu: Türkiyə və Azərbaycan güclü olmalıdırlar (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

Türkiyə və Azərbaycan güclü olmalıdırlar.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ADA Universitetində "Türkiyənin xarici siyasəti: Qafqazda və Azərbaycanla əməkdaşlıq" mövzusunda mühazirə ilə çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda regionda bir sıra problemlər, eləcə də imkanlar mövcuddur, lakin çətinliklər bu imkanlara mane ola bilər: "Bakı və Ankara bu çətinliklər qarşısında davam gətirmək üçün güclü olmalıdırlar".

Nazir qeyd edib ki, regiondakı çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadi baxımdan uğurla inkişaf edir, beynəlxalq arenada fəaldır: "Müasir dünya arenasında dəyişiklikləri qiymətləndirərək qeyd etmək istərdim ki, qlobal miqyaslı problemlər hələ də qalır. 8-9 il əvvəl Avropada başlayan iqtisadi böhran başa çatmayıb. Yunanıstandakı böhran bunun bariz təsdiqidir. Bu baxımdan Türkiyə və Azərbaycan xeyli fərqlənirlər. Hər iki dövlət mövqelərini möhkəmləndirmək üçün mümkün olan hər şeyi edib".

M.Çavuşoğlu əlavə edib ki, rəsmi Bakı dünya arenasında imicinin daha da möhkəmləndirilməsi üçün ciddi addımlar atır: "Digər ölkələrə yardım edən Azərbaycan dünyada artıq qəbul edilmiş oyunçuya çevrilib. Azərbaycanın dünya arenasında mövqeyi güclənir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti