...

Vüqar Əliyev Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini təyin olunub

Siyasət Materials 26 Fevral 2015 17:12 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev şöbə müdirinin müavini vəzifəsinə təyin olunub.
Vüqar Əliyev Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini təyin olunub

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev şöbə müdirinin müavini vəzifəsinə təyin olunub.

Trend-in məlumatına görə, V.Əliyev mətbuat və informasiya orqanları il iş üzrə cavabdehlik daşıyacaq.

Qeyd edək ki, V.Əliyev 2002-ci ildən Prezident Administrasiyasında çalışır. 2005-ci ildən İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektoruna rəhbərlik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti