...

Türkiyə və Azərbaycanın hava şahinlərinə qurban kəsildi (FOTO)

Siyasət Materials 7 Mart 2015 13:51 (UTC +04:00)
Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) birgə təlimləri - "TurAz Şahini 2015" davam edir.
Türkiyə və Azərbaycanın hava şahinlərinə qurban kəsildi (FOTO)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İlkin İzzət/

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) birgə təlimləri - "TurAz Şahini 2015" davam edir. Ötən gün simvolik olaraq şəxsi heyətin iştirakı ilə qurban kəsilməsi mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə Türkiyə HHQ-nin aviabaza komandiri çıxış edərək təlim iştirakçılarına uğurlar diləyib.

MiQ-29, Su-25, Mi-17 tipli təyyarə və helikopterlərin pilotları ilə keçirilən dərslərə əsasən uçuşların hazırlığı davam etdirilib. Heyətlər uçuş xəritələrində aerodrom və təlim rayonunun ərazisini öyrənərək çalışma tapşırıqlarını yerinə yetirib, təhlükəsizlik qaydaları və hündürlük hesabatlarını aparıblar.

Təlimlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti