Əli Həsənov: “Prezident və onun komandası Azərbaycan xalqının maraqlarını düzgün ifadə edir” (MÜSAHİBƏ)

Əli Həsənov: “Prezident və onun komandası Azərbaycan xalqının maraqlarını düzgün ifadə edir” (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 11 mart /Trend/

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Azad Azərbaycan" televiziyasının "Həftə sonu" analitik informasiya proqramına müsahibə verib. Müsahibədə Prezident İlham Əliyevin Bolqarıstan səfəri, I Avropa Oyunlarına hazırlıq, iqtidar-müxalifət dialoqu, bəzi beynəlxalq qurumların Azərbaycana ikili yanaşması və s. məsələlər ətrafında söhbət aparılıb. Trend Kaspi.az-a istinadən müsahibəni təqdim edir.

- Əvvəla, bizə vaxt ayırdığınız üçün sizə təşkkür edirik. Eyni zamanda, sizi təbrik edirik. Cənab Prezident tərəfindən sizə böyük etimad göstərildi, səlahiyyətləriniz genişləndirildi.

- Təşəkkür edirəm. Əlbəttə, mən bu məsələyə heç cür münasibət bildirə bilmərəm. 20 ilə yaxındır ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edirəm. Bu 20 il ərzində gördüyüm işlər, əlbəttə, həm cəmiyyət üçün, həm də cənab Prezident üçün aydındır. Bizim vəzifəmiz işləməkdir, rəhbərlik də bunu dəyərləndirir. Əlbəttə, böyük etimaddır. İstər-istəməz, hər bir vəzifə, etimad əlavə məsuliyyət, yük, əlavə zəhmət tələb edir. Heç bir iş zəhmətsiz başa gəlmir. İctimai-siyasi sahə elədir ki, bütün gün ərzində işləmək lazımdır. Yəni gəldim Administrasiyada 5-10 saat işlədim, bu, yetərli deyil. Demək olar ki, insanın bütün zamanı ictimai-siyasi proseslərin izlənməsinə, proqnozlaşdırılmasına, proqramlaşdırılmasına və idarə olunmasına sərf olunur. Bu, elə-belə sahə deyil. Azərbaycanın inkişafının təməlində sabitlik dayanır, Azərbaycan xalqının maraqlarının düzgün dərk olunması, proqramlaşdırılması və həyata keçirilməsi dayanır. Ona görə də ictimai-siyasi iş də gün ərzində insanın vaxtını, o cümlədən əməyini tələb edir. Və biz də bu sahədə bacardığımız işi görürük.

- Əli müəllim, ölkədəki hazırkı ictimai-siyasi mühiti necə qiymətləndirirsiniz?

- Azərbaycanın hakimiyyəti son iyirmi ildə yürütdüyü siyasətdə xalqın maraqlarını, əhalinin istək və arzularını nəzərə alır. Sabitliyi poza bilən iki amil ola bilər. Birinci amil ondan ibarətdir ki, sabitliyin qarantı olan xalq mövcud hakimiyyətin siyasətini dəstəkləmir və onun yürütdüyü siyasətə müxtəlif səviyyələrdə narazılıq ifadə edir. Gördüyünüz kimi, bu, yoxdur. Bu yoxdursa, deməli dövlət düzgün istiqamətdə öz siyasətini formalaşdırır, Prezident və onun komandası Azərbaycan xalqının maraq və mənafelərini düzgün nəzərə alır, dövlət nə etdiyini və bunu həyata keçirməyin yollarını bilir və xalq tərəfindən dəstəklənir. Sabitliyin ikinci şərti ölkədəki mövcud ictimai-siyasi təşkilatlar, vətəndaş cəmiyyəti institutları, siyasi institutlar, milli, dini qurumlar və əhalinin digər kəsimləridir. Əgər bunların da maraqları dövlətin siyasətində öz əksini tapırsa və yürüdülən siyasət eyni zamanda hamının maraqlarını nəzərə alırsa, deməli buradan da dəstək var. Bildiyiniz kimi, Azərbaycanda vətəndaş cəmiyyəti institutları ilə mütəmadi olaraq dialoqlar aparırıq, onların fikirlərini, maraqlarını izləyirik, dinləyirik, ümumiləşdiririk. O cümlədən siyasi institutlar və digərlərinin də. Ona görə də Azərbaycanda ictimai-siyasi sabitlik, bu gün olduğu kimi, düşünürəm ki, gələcəkdə də qalacaqdır. Prezident İlham Əliyev və onun komandası Azərbaycan xalqının maraqlarını düzgün ifadə edir və xalq tərəfindən də dəstəklənir.

- Son aylarda siyasi partiyalarla iş daha da fəallaşıb. Xüsusilə iqtidar-müxalifət dialoqunu buna misal göstərmək olar. Amma təəssüflər olsun ki, müxalifətin radikal qanadı özünəqapanma ilə məşğuldur. Bu isə əks effekt verir, daxili parçalanmaya səbəb olur. Bu proseslərə münasibətiniz necədir?

- Mən əslində bu radikal kəsimin özünü proseslərdən kənarda saxlamasına qiymət vermək istəmirəm. Cəmiyyətdə bu barədə açıq müzakirələr gedib, hazırda da gedir və gələcəkdə də gedəcəkdir. Azərbaycan cəmiyyətinin sabitliyində maraqlı olan bütün qüvvələr buna münasibət bildiriblər. Ona görə də tərəf olaraq, biz iqtidarıq. Mən iqtidarı o görüşlərdə, danışıqlarda təmsil edirəm. İqtidar olaraq biz buna münasibət bildirmirik. Qoy cəmiyyət özü münasibət bildirsin ki, nəyə görə onlar özlərini kənarda saxlayırlar və bu kənarda qalma onların, cəmiyyətin xeyrinədir, ya ziyanınadır.

Başqa məsələni demək istəyirəm. Cəmiyyətdə qarşılıqlı anlaşma mühitinin qurulması iqtidarın mövcud siyasətidir. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən daxili qüvvələrlə, ictimai-siyasi təşkilatlarla, QHT-lərlə, mətbuatla mütəmadi olaraq işçi dialoq aparılıb. Bilirsiniz ki, Azərbaycan dövləti bunlarsız ölkənin gələcəyini təsəvvür etmir. Mən il ərzində həm QHT-lərlə, həm mətbuat nümayəndələri ilə, həm də siyasi partiyalarla bir neçə görüş keçirirəm. Və bu görüşlərin nəticəsi olaraq dövlət siyasətinə bu və ya digər korrektələr edirik, bu və ya digər məsələlərdə onların təklif və rəylərini nəzərə alırıq. Çünki cəmiyyət təkcə hakimiyyət və ona bu mandatı verən xalqdan ibarət deyil. İqtidarla xalqın arasında üçüncü bir qüvvə də var. Bu da dediyim kimi, mövcud vaxt çərçivəsində hakimiyyətə iddialı olan, lakin hakimiyyətə gələ bilməyən siyasi partiyalardır. Onlar opponentlik funksiyasını yerinə yetirir və onların vəzifəsi bundan ibarətdir. Mütəmadi olaraq cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq müxtəlif vətəndaş təşəbbüslərini reallaşdıran QHT-lər var, onların maraqları, gündəlik təşəbbüsləri və digər məsələlər nəzərə alınmalıdır.

Mətbuat isə xalqla dövlət arasında, dövlətlə ictimai-syasi institutlar arasında bağlayıcı vasitədir. Hər birinin fəaliyyətini işıqlandırır, cəmiyyətn onlara qiymətini gündəmə gətirir. Mətbuatla iş qurulmalıdır. Azərbaycan çoxmillətli dövlətdir. Onlar arsında balanslı milli siyasət yürüdülməlidir. Azərbaycan tolerantlıq iddiasındadır və bölgənin ən tolerant ölkəsidir. Biz bunu dünyaya böyük məmnuniyyətlə yayırıq. Deməli Azərbaycandakı müxtəlif dini konfessiyalar araındakı münasibətlər öyrənilməlidir. Onlarla mütəmadi görüşlər keçirilməli və onların maraq və mənafeləri nəzərə alınmalıdır. Bütün bunları ümumiləşdirəndə, demək olar ki, Azərbaycanda bu istiqamətdə yürüdülən dövlət siyasəti təqdirəlayiqdir. Bunu tək biz deyil, opponentlərimiz, o cümlədən bizi əhatə edən dövlətlərin ictimai-siyasi xadimləri də Azərbaycana gələrkən və ya biz xaricdə onlarla görüşərkən qiymətləndirirlər.

- Bəzi xarici təşkilatlar Azərbaycanda özlərinin "beşinci kolon"larını yaratmaq siyasəti yürütməyə çalışıblar və hər dəfə də rəsmi Bakının yerində müdaxiləsi ilə bunlar zərərsizləşdirilib. Bu siyasət onları daha da aqressivləşdirir, ikili standartları çərçivəyə sığmır. Beynəlxalq təşkilatlarla bağlı son vəziyyət necədir?

- Mən 20 ilə yaxındır ki, daxili və xarici QHT-lərlə işləyirəm. Bunların əksəriyyətinin məqsəd və məramı, missiyası hamıya bəllidir. Əlbəttə, QHT ayrı-ayrı vətəndaşların, vətəndaş qruplarının təşəbbüsləri əsasında yaranır və onların bu və ya digər ideyalarını reallaşdırmağa xidmət edir. Amma təəssüflər olsun ki, beynəlxalq QHT-lərin çoxu müəyyən qlobal güclər tərəfindən yaradılıb və dünyada dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərdə əlavə resurs kimi istifadə olunur. Təkcə bir faktı xatırladım. "Avroviziya" müsabiqəsi zamanı, Azərbaycan belə böyük Avropa mədəni aksiyasına ev sahibliyi edərkən bəzi QHT-lər antiAzərbaycan koalisiyası yaratdılar. Məqsəd isə o idi ki, o vaxta qədər bəzi qlobal güclərin Azərbaycan dövlətinə qəbul elətdirə bilmədiyi, Azərbaycan dövlətini yönəldə bilmədiyi istiqamətlərə bu resurslardan istifadə etməklə Azərbaycanı yönəltsinlər. Bununla bağlı kampaniyalar aparıldı. Belə kampaniyalarla daxildə və xaricdə Azərbaycanın imicinə təsir göstərilməyə çalışıldı. Bu il də bilirsiniz ki, Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Hər bir dövlət bu cür tədbirləri təşkil etməyi istəyir və bunlar dövlətin beynəlxalq imicinə mütləq şəkildə təsir göstərir. Lakin yenə həmin qruplar təşkilatlanmağa, qruplaşmağa və bəzi beynəlxalq güclərin əlində alət olaraq bu tədbirdən istifadə etməklə Azərbaycana təzyiq göstərməyə çalışırlar.

Hər bir xarici dövlət, beynəlxalq təşkilat Azərbaycanı öz istədiyi kimi görmək istəyir. Amma Azərbaycan dövləti onların maraq və istəyinə uyğun dövlət ola bilməz. Azərbaycan dövlətinin təməlində Azərbaycan xalqının maraqları, mənafeyi dayanır. Deməli, dövlət olaraq onun birinci vəzifəsi xalqın maraq və mənafelərinin təmin edilməsidir. Bütün digər məsələlər vasitədir. Hansısa təşkilatlarla münasibət, musiqi, idman yarışları xalqın həyatında məqsəd ola bilməz. Bunlar xalqın gələcək həyatını yaxşılaşdırmaq üçün vasitədir və bu vasitələrdən biz məharətlə istifadə edirik, etməyə çalışırıq. Və belə olan halda, biz beynəlxalq təşkilatları da anlayırıq. Onların fəaliyyətinin, siyasətlərinin köklərini də bilirik. Amma onların nəyi nə qədər istəmələrindən asılı olmayaraq, biz bir dövlətik. Dövlətin isə maraqları, bu maraqların obyekti, subyekti, fəaliyyətinin istiqamətləri var. Prezident İlham Əliyev elə bir siyasətçidir ki, ona heç kim kənardan təzyiq göstərə bilməz. Onunla ancaq dost, tərəfdaş olmaq olar. İndiyədək kimsə ona təsir göstərə bilməyib, onu öz haqq yolundan, öz millətinin, dövlətinin maraqları istiqamətində fəaliyyətindən sapdıra bilməyib, bundan sonra da mümkün deyil.

- I Avropa Oyunlarına hazırlıq istiqamətində çoxlu işlər görülüb. Ölkənin birinci xanımı, təşkilat komitəsinin sədri Mehriban Əliyevanın gördüyü işlər əvəzsizdir. Hazırda bu hazırlıq işləri nə yerdədir?

- Bununla bağlı geniş məlumat verməyəcəyəm. Çünki görünən dağa nə bələdçi? Artıq demək olar ki, dünyanın bütün aparıcı ölkələrində, dünya siyasətinin, mədəniyyətinin, dünya idmanının əsas mərkəzlərində təqdimatlar keçirilib. Bilirsiniz ki, biz "Avroviziya"da elə bir standart ortaya qoyduq ki, bizdən sonra onu keçirənlər cəhd göstərirlər ki, Azərbaycan standartları səviyyəsinə qalxsınlar. İndi də Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edir. Deməli, Azərbaycan ilk standartları müəyyənləşdirir. Əslində bu oyunlar, məsələn, ötən il Soçidə keçirilən Qış Olimpiya oyunlarından daha geniş əhatə dairəsinə malikdir. Yəni idmançıların, onları müşayiət edəcək personalın sayına görə Qış olimpiadasından bəlkə də 2-3 dəfə çox iştirakçı gözlənilir. Ona görə də bu, çox mühüm, amma eyni zamanda məsuliyyətli və çətin bir tədbirdir. Lakin Azərbaycan dövləti son zamanlar bütün dünyaya sübut edib ki, biz nəinki belə oyunları təşkil etməyə qadirik, bundan yüksəyini də bacararıq.

Prezident İlham Əliyev, çox hörmətli Mehriban xanım Əliyeva başda olmaqla, həm dövlət strukturları, həm Heydər Əliyev Fondu və onun rəhbərliyi altında olan xarici ölkələrdəki strukturlar, eyni zamanda 2015-ci il Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi Mehriban xanımın rəhbərlik etdiyi komanda çox ciddi fəaliyyət həyata keçirir və bu fəaliyyətin də nəticələri artıq göz qarşısındadır. Düzdür, yenə bəzi QHT-lər, daxili və xarici qüvvələr ayrı-ayrı mövcud olmayan məsələləri uydururlar, guya hansısa beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqlarını əsas gətirərək Avropa Oyunlarını boykota çağırırlar. Amma bunların heç bir əsası yoxdur. Cəhdlər var, amma quru divara palçıq yapışdırmaq mümkün olmadığı kimi, bizim haqq işimizə də heç kim kölgə sala bilməz.

- Əli müəllim, ötən həftənin əsas hadisəsi öncə Mehriban xanım Əliyevanın, daha sonra cənab Prezident İlham Əliyevin İtaliya səfərləri, Vatikan görüşləri oldu. Bu səfərləri şərh edərdiniz.

- Bilirsiniz ki, son zamanlar Azərbaycan Avropanın əsas enerji təminatı mərkəzlərindən birinə çevrilib. Hal-hazırda "Şahdəniz 2" layihəsi çərçivəsində Avropanın gələcək qaz təminatında mühüm bir faktora çevrilərək Azərbaycan transmilli layihələr həyata keçirir. TAP, TANAP, bunlardan əvvəl Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və digər bu kimi transmilli layihələrdə Azərbaycan ev sahibliyi edir. Prezidentin Bolqarıstana səfəri Azərbaycanın reallaşdırmaq istədiyi və təməlini qoyduğu layihələrə Şərqi Avropa ölkələrinin qoşulması təşəbbüslərini müzakirə etmək, mövcud imkanları araşdırmaq, Bolqarıstanla gələcək ikitərəfli, çoxtərəfli münasibətləri, o cümlədən enerji və digər məsələləri müzakirə etmək və tənzimləmək məqsədi ilə reallaşdırıldı. Səfərin kifayət qədər müvəffəqiyyətli, uğurlu yekunları var. Bu haqda ictimaiyyətə məlumatlar verilir və veriləcək. O ki qaldı hörmətli Mehriban xanımın Romaya səfərinə, Vatikanda keçirdiyi görüşlərə, Romada baş tutan 2015-ci il I Avropa Oyunlarının təqdimatı mərasiminə, bilirsiniz ki, bunlar sistemli tədbirlərin tərkib hissəsidir. Dünya ölkələrinin Oyunlara qatılmayan kəsiminə belə, keçiriləcək oyunlar, Azərbaycanın mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri, musiqisi və s. çatdırılır. Təkcə oyunların keçiriləcəyi günlərdə deyil, hazırlıq dövründə də Azərbaycanın təbliği sahəsində o qədər möhtəşəm işlər görülür ki, hesab edirəm, bizim əlimizə heç də tez-tez belə imkan düşmür.

DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yol şəbəkəsinin tikintisinə 2 milyon manata yaxın vəsait ayıracaq
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yol şəbəkəsinin tikintisinə 2 milyon manata yaxın vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
Dünyada koronavirusa yoluxanların sayı 95 milyonu keçib
İsraildə koronavirusa yoluxanların sayı 550 minə çatır
Amsterdamda etiraz aksiyası zamanı 115 nəfər saxlanılıb
Braziliyada koronavirusa qarşı iki vaksinin istifadəsinə icazə verilib
Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfəri ötüb
"İnter" son 4 ildə ilk dəfə "Yuventusu" məğlub etdi
Britaniyada bir gündə koronavirusa 38 mindən artıq yoluxma qeydə alınıb
Cəbhəboyu ərazilərdəhərbi sursat, mərmi qalıqları və minalar aşkarlanıb - ANAMA (FOTO)
Qarabağda yaşanan hisslər hər sevgidən üstündür... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)
ÜST: Dünyada ötən sutka koronavirusa 683 mindən çox yoluxma qeydə alınıb
Fransada komendant saatını pozan 5,9 min nəfər cərimələnib
Bu gündən koronavirusa qarşı vaksinasiya başlayır
Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
SMS icazə ləğv olundu - RƏSMİ
Azərbaycanda sərt karantin rejimi yumşaldıldı
Bakıda ikimərtəbəli evdə yanğın olub
Trampın reytinqi antirekordu yeniləyib
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Türkiyədə son sutkada koronavirusdan 8 812 nəfər sağalıb
ABŞ-ın yeni vitse-prezidenti yanvarın 18-də əvvəlki vəzifəsini tərk edəcək
Şəhid ailələrinə və müharibə əlillərinə qayğı bundan sonra da artacaq - Deputat
Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir
Hirkan Milli Parkında yanğın davam edir
Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır
Qara dənizdə batan Rusiya gəmisinin heyətindən 6 nəfər Türkıyə tərəfindən xilas edilib, daha dörd nəfər həlak olub
Şuşa fatehlərindən olan şəhid çavuş
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə (FOTO)
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
Əhməd İsmayılov Elçin Şıxlının "Pressinq" verilişinin qonağı olub (VİDEO)
Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək (FOTO/VİDEO)
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir (FOTO)
Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
MN səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətləri ilə bağlı məlumat yayıb (VİDEO)
Türkiyədə zəlzələ baş verib
Ünvanlı sosial yardım necə təyin edilir? (VİDEO)
Sumqayıtda arvadını boğaraq qətlə yetirən şəxs saxlanıldı
Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib
Daha iki qazimizə sosial dəstək işləri başlanılıb (FOTO)
Azərbaycanda qarşıdakı dövrdə tədrisin təşkili qaydaları gələn həftə açıqlanacaq
Bütün türk xalqları azad edilmiş ərazilərin dirçəlməsini təmin edəcəklər - TÜRKSOY-un baş katibi
MN-də yaradılmış komissiyalarda “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur - Anar Eyvazov
Təxris olunanların müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq - MN
Azərbaycan qələbəsi bütün türk ölkələri üçün çox böyük bir qələbədir - TDƏŞ Baş katibi
MN-də yaradılan komissiyada Bakı şəhəri üzrə 1751 müraciətə baxılıb - Anar Eyvazov
Sabahın hava proqnozu açıqlanıb
Dələduzlar kart məlumatlarınızı oğurlaya bilərlər - XƏBƏRDARLIQ
Ermənistan Ağdamda tarixi, dini abidələr talan edib, buna biganə qala bilmərik - Türk Mədəniyyət və İrsi Fondunun prezidenti
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Ağdama səfər edib (FOTO)
Dünyada sutka ərzində koronavirusdan 13 minə yaxın insan ölüb
Marginallar bu tarixi imtahanda da xalqımızın yanında ola bilmədilər - Deputat
Naxçıvan koridorunun regionda yaratdığı perspekivlər - Postblokada dövründə yeni inkişaf mərhələsi
SOCAR istiqrazları sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək
Əfqanıstanda güclü zəlzələ baş verib
Henri Deqlan Qran-Pri turnirində güləşçilərimiz 5 medal qazanıblar
Qubada ikimərtəbəli ev yanıb
NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər
İndoneziyada baş verən bir sıra zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatıb
2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib
Avstriya sərt karantin müddətini 24 yanvardan 7 fevral tarixinə qədər uzadacaq
Argentinada koronavirusun "Britaniya" ştammına ilk yoluxma hali aşkar edilib
Danimarkada "Cənubi Afrika" ştammına ilk yoluxma faktı qeydə alınıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 688 mindən çox artıb
Türkiyədə son sutkada koronavirusdan 8 005 nəfər sağalıb
Suraxanıda tikili yanıb
Fransada etiraz aksiyasında 12 polis xəsarət alıb (ƏLAVƏ OLUNUB)
Filippin Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
Azərbaycanın ictimai həyatında gənclərin iştirakı
Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırıldı
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb
Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclər bizə Zəfər yaşatdı - Deputat
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Göyçay rayonunda ev yanıb
Şamaxı rayonunda yaşıllıqların sahəsi daha da genişləndirilir (FOTO)
Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi təmin edilib (VİDEO)
Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib (FOTO)
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi zəfəri: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Bütün xəbərlər