...

Azərbaycan və Pakistan müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə ediblər

Siyasət Materials 13 Mart 2015 17:16 (UTC +04:00)
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn onun üçün ayrılmış iqamətgahda iqtisadi əməkdaşlığa dair Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının Azərbaycan tərəfindən həmsədri müdafiə sənayesi naziri Yavər Camalovu qəbul edib.
Azərbaycan və Pakistan müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 13 mart /Trend/

Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn onun üçün ayrılmış iqamətgahda iqtisadi əməkdaşlığa dair Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının Azərbaycan tərəfindən həmsədri müdafiə sənayesi naziri Yavər Camalovu qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, Y.Camalov hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri kimi, İslamabadda keçiriləcək hökumətlərarası komissiyanın növbəti iclasında Pakistanla müxtəlif istiqamətlər üzrə yeni əməkdaşlıqlar barədə Azərbaycan tərəfindən müzakirəyə çıxarılacaq təklifləri və gündəlikdə olan digər məsələləri Pakistan Prezidenti M.Hüseynin diqqətinə çatdırıb.

Bundan başqa, müdafiə sənayesi naziri Y.Camalov Azərbaycanda səfərdə olan Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Y.Camalov nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə Azərbaycanla Pakistan arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair danışıqlar aparılıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Pakistanın Azərbaycandakı hərbi attaşesi Syed İmran Ali də görüşdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti