...

Mübariz Əhmədoğlu: F.Bridlavın informatoru S.Sərkisyan Qərblə Rusiya arasında aradüzəldən roluna girdi

Siyasət Materials 25 Mart 2015 10:42 (UTC +04:00)
“Virtual Ermənistanın prezidenti Serj Sərkisyan Fransa mətbuatına verdiyi müsahibədə ermənilərin həmişə Qərblə Rusiya arasında gərginliyi azaltmağa çalışdığını bəyan etdi. Son dövrlərdə Rusiyanın başına açılan oyunlarda, kapital axınında,“YUKOS-un törəmə şirkətinin əməliyyatlarında ermənilərin iştirakını Serj Sərkisyan unuda bilər. Eləcə də Ukraynanın daxili işlər naziri Avakovu da erməni hesab etməyə bilər”.
Mübariz Əhmədoğlu: F.Bridlavın informatoru S.Sərkisyan Qərblə Rusiya arasında aradüzəldən roluna girdi

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir Elçin Mehdiyev/

"Virtual Ermənistanın prezidenti Serj Sərkisyan Fransa mətbuatına verdiyi müsahibədə ermənilərin həmişə Qərblə Rusiya arasında gərginliyi azaltmağa çalışdığını bəyan etdi. Son dövrlərdə Rusiyanın başına açılan oyunlarda, kapital axınında,"YUKOS-un törəmə şirkətinin əməliyyatlarında ermənilərin iştirakını Serj Sərkisyan unuda bilər. Eləcə də Ukraynanın daxili işlər naziri Avakovu da erməni hesab etməyə bilər".

Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, çərkəzlərin soyqırımını tanıyan erməniləri diqqətdən kənarda saxlaya bilər, amma elə məsələlər var ki, S.Sərkisyanın hökmən xəbəri olmalıdır:

"Lap yaxın dövrlərdə baş verən iki hadisədən də o məlumatlı olmamış deyil: Moskvada yaşayan populyar erməni aktyoru A.Ciqarxanyan tədbirlərin birində Rusiya prezidenti Vladimir Putinə yaxınlaşır və bildirir ki, siz hökmən ABŞ-la dostluq etməlisiniz. A.Ciqarxanyan bunu mətbuata müsahibəsində etiraf etdi. Rusiya prezidentinin Arktika məsələləri üzrə nümayəndəsi A.Çilinqarov Rusiya prezidenti adından Qərbi Arktika məsələsində birgə əməkdaşlığa dəvət etdi. Bu, Qərbi Arktikanı Rusiyanın əlindən almağa çağırış idi. Rusiya rəhbərliyi bu erməninin çağırışının mahiyyətini düzgün başa düşdü. Arktika üzrə bir nömrəli şəxs baş nazirin müavini D.Roqozin elan edildi".

M.Əhmədoğlunun sözlərinə görə, Rusiya Arktika və onun ətrafına 80 minlik qoşun yeritdi. Onun sikrincə, Ukrayna hadisələrinin qızğın vaxtında, Suriya məsələsinin sakitləşmədiyi dövrdə, Qərbin Rusiya daxilində yeni qarşıdurma ocaqları yaratdığı zamanda A.Çilinqarov Rusiya-Qərb qarşıdurması üçün dördüncü ocaq yaratmaq istəyirdi:

"Bəzi məsələlər Serj Sərkisyanın şəxsi iştirakı ilə baş verib: Ermənilərin SSRİ-ni dağıdan meydançalardan biri olmasını S.Sərkisyan şəxsən etiraf edib. Erməni xalqının Çar Rusiyası və SSRİ tərkibindəki dövrünü "cəhənnəm" adlandıran da S.Sərkisyan şəxsən özüdür. Qərb tərəfindən verilmiş "Ənvər Sadat-2" ləqəbi də şəxsən onun özünə aiddir. Serj Sərkisyanın Qərblə Rusiya arasında necə ara düzəltməsinə dair əlavə arqumentlər də aydınlıq gətirir. Dəfələrlə Avrokomissiyanın prezidenti Donald Tuskla görüşə cəhd etsə də nəhayət ki, yaxınlarda bu görüş baş tutdu. Ancaq erməni düşünə bilər ki, S.Sərkisyan Donald Tuskla yalvarıb-yaxarıb görüşə nail olduqdan sonra həmin görüşdə Rusiya barədə yaxşı sözlər danışıb".

Politoloq qeyd edib ki, Donald Tuskun qatı antirusiya mövqeyi hamıya bəllidir və məhz onun belə antirusiya mövqeyi Ukrayna böhranının qızğın dövründə onun Avrokomissiyanın prezidenti seçilməsinin səbəbi oldu:

"İndi hansısa Serj Sərkisyanın sözü ilə Donald Tusk Rusiyaya qarşı münasibətini guya istiləşdirəcəkdir. Eləcə də Ermənistan rəhbərliyinin, şəxsən prezident S.Sərkisyan və müdafiə naziri S.Ohanyanın NATO-da ABŞ-ın kuratorları olan A.Verşbou və F.Bridlavla isti münasibətləri bəllidir. S.Sərkisyan və S.Ohanyan onların Rusiya, xüsusi ilə onun hərbisi barədəinformatorları, donosbazları, məlumat mənbələridir".

Politoloqun sözlərinə görə, NATO-da ABŞ-ın kuratorları olan A.Verşbou və F.Bridlavın Rusiyaya münasibətləri ermənilərin aradüzəldənliyininbariz xarakteristikasıdır:

"Ermənilərin anlamında olan Rusiya-Qərb əməkdaşlığı Rusiyanın Qərbə təslim olması deməkdir. Bütün bu işlər hamısı Ermənistan prezidenti S.Sərkisyan tərəfindən koordinasiya olunur. Dünyanın istənilən ölkəsində yaşayan erməni "ümumilli məsələlərə" dair ideya verəndə çalışır ki, Ermənistan rəhbərliyinin bundan xəbəri olsun. Bu onların qanındadır. Ermənilərin fikrincə, haçansa Ermənistanın rəhbərliyi bütün bu məlumatları açıqlayacaq və həmin erməninin filan dövrdəki çox faydalı, amma gizli əməlləri aşkarlanacaq. Ermənilər bu ideya ilə yaşamağa vərdiş veriblər".

M.Əhmədoğlu əlavə edib ki, S.Sərkisyanın xəyanətkarlığı, satqınlığı Rusiyaya bəllidir:

"O səbəbdən AİB liderlərinin Qazaxıstanda keçirilən görüşünə dəvət edilmədi. Çünki S.Sərkisyan müxtəlif variantlarla həmin satqın mövqeyini AİB-in daxilində nümayiş etdirə bilərdi. AİB yeni yaranıb, hələ bərkiməyib, daxilində problemlər sayca çoxdur. Moskvada ermənilər çox böyük təsir gücünə malikdir. Rusiyanın mətbuatı, ictimai-siyasi sferası, xarici siyasəti ermənilərlə şəriklidir. Bəzən ermənilər Rusiya mətbuatında və xarici siyasətində diktə edən qüvvəyə çevrilirlər. Moskvada ermənilərin təsir gücü qaldıqca ABŞ özünü Rusiyadan güclü hesab edəcək. Hər an Rusiyanı əzməyə güclərinin çatacağını düşünəcək. Rusiya olduğu kimi güclü görünmək istəyirsə erməniləri Moskvadan uzaqlaşdırmalı, neytrallaşdırmalıdır. Başqa variant yoxdur. Rusiya indiki şəraitdə bəzi məsələlərdə ABŞ-a qalib gəlsədə bu, müvəqqətidir. Ermənilər SSRİ boyda imperiyanı dağıda bildilər. Rusiyanın SSRİ qədər güclü olmasına hələ xeyli var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti