...

Azərbaycana qarşı əsassız tənqidə görə bütün Avropa cavab verəcək

Siyasət Materials 11 İyun 2015 21:00 (UTC +04:00)
Marazm şiddətləndi. Bakıda birinci Avropa Oyunlarının keçirilməsinin əleyhinə çıxış edən Azərbaycan düşmənlərinin ölkəsində baş verənləri başqa cür adlandırmaq olmaz.
Azərbaycana qarşı əsassız tənqidə görə bütün Avropa cavab verəcək

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev - Trend:

Marazm şiddətləndi. Bakıda birinci Avropa Oyunlarının keçirilməsinin əleyhinə çıxış edən Azərbaycan düşmənlərinin ölkəsində baş verənləri başqa cür adlandırmaq olmaz.

Hansısa "Platform London" təşkilatı BP şirkətinin Avropa Oyunlarını sponsorluq etməsinin əleyhinə etiraz aksiyası keçirmək niyyətindədir.

Bu məsələdə marazm nədir? Hər şey əslində sadədir. Azərbaycanda ən böyük investorlardan biri olan BP şirkəti (o, tərəfdaşları ilə birlikdə Azərbaycanda layihələrə 50 milyard dollardan çox vəsait yatırıb) 2011-ci ildən ölkəmizin Milli Olimpiya və Paralimpiya komitələrinin rəsmi tərəfdaşıdır. Bununla da şirkət 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunları zamanı azərbaycanlı idmançıların sponsoru olub!

Deməli, azərbaycanlı idmançıların xərcləri Londonda maliyyələşdirilirsə, bu, britaniyalıları qıcıqlandırmır, lakin hadisə Azərbaycanda baş verirsə, kəskin etiraza səbəb olur.

Əlbəttə, hər şeyin kökündə Azərbaycanda baş verən istənilən hadisənin əleyhinə çıxış edən təşkilatları maliyyələşdirənlərin siyasi və iqtisadi maraqları dayanır. Təəssüf ki, bu, xəbərdən daha çox bayağılıqdır.

Məsələ başqadır. Bütün Avropanı pis vəziyyətdə qoymaq nəyə lazımdır? Britaniyalılar, fransızlar, almanlar, belçikalılar, norveçlər, eləcə də Qərbi və ya Şərqi Avropada yaşayan digər ölkələrin vətəndaşları üçün Azərbaycanı tənqid etmək asandır. Və bu da başa düşüləndir: onlar hazırda qazla yaxşı təmin olunublar və mavi yanacaqla problemləri yoxdur.

Hazırda (və bunu birmənalı şəkildə iddia etmək olar) faktiki olaraq "Cənub Qaz Dəhlizi" layihəsindən asılı olan Cənub-Şərqi Avropa nə etsin? "Cənub Qaz Dəhlizi" vasitəsilə Azərbaycan qazı həmin regiona tədarük ediləcək. Yaxud Azərbaycan Qərbə bənzəyərək ikili standartlar tətbiq etməli, Avropanı ehtiyacı olanlar və təmin edilmişlərə, qaz almaq istəyənlər və Bakını tənqid edənlərə bölməlidir.

Çox güman ki, yox. Avropa özünü "vahid" adlandırır və bu səbəbdən ayrı-ayrı ölkələrin hərəkətinə görə hamının cavab verməli olacağına hazır olmalıdır. Unutmaq olmaz ki, Azərbaycan qazı Avropaya çatmaya və tamamilə Türkiyənin təmin edilməsinə yönələ bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti