...

Sergey Markov: “Azərbaycana qarşı misli görünməmiş antikampaniya aparılır”

Siyasət Materials 13 İyun 2015 14:55 (UTC +04:00)
Azərbaycana qarşı misli görünməmiş kampaniya aparılır.
Sergey Markov: “Azərbaycana qarşı misli görünməmiş antikampaniya aparılır”

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Azərbaycana qarşı misli görünməmiş antikampaniya aparılır. Trend-in məlumatına əsasən, bunu rusiyalı politoloq Sergey Markov Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinə həsr olunmuş "dəyirmi masa"da çıxışı zamanı deyib.

O bildirib ki, qərb mətbuatı, bir sıra Avropa ölkələri və təşkilatlarının apardıqları antiazərbaycan kampaniyasının öz məqsədi var: "Düşünürəm ki, kampaniya ölkədə gərgin vəziyyətin yaradılmasına yönəlib. Rusiya da belə pis kampaniya ilə üzləşmişdi. Belə kampaniyalara müqavimət göstərmək üçün Azərbaycan və Rusiyanın ekspertlər qrupu qüvvələrini birləşdirməlidir. Beynəlxalq kontekstdə bu məsələlərlə bağlı qarşılıqlı əlaqələrimizi nəzərdən keçirməli və razılaşdırmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti