...

Həmyerlimizə Dövlət Dumasında vəzifə verilib

Siyasət Materials 2 İyul 2015 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İlkin İzzət/

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva vilayəti üzrə katibi Araz Oqtay oğlu Mürsəliyev Rusiya Dövlət Dumasının Milli məsələlər üzrə komitəsinin Ekspertlər şurasının üzvü seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Xalqlar Dostluğu" fondunun təsisçisi və rəhbəri, "Günay" kommersiya firmasının rəhbəri Araz Mürsəliyev Rusiya Dövlət Dumasının deputatı, elm xadimi, professor, Dumanın milli məsələlər üzrə katibi Hacımət Səfərəliyevin 22 iyun 2015-ci il tarixli qərarı ilə şuranın üzvü olub.

Rusiya Dövlət Dumasının Milli məsələlər üzrə komitəsi dövlət və ictimai birliklərin elmi təşkilatlarını birləşdirir.

Qeyd edək ki, Azərbaycan diasporunun fəal nümayəndələrindən biri olan A.Mürsəliyev buna qədər iki ölkə arasında dostluq münasibəltərinin inkişafına verdiyi töhfələrə, eləcə də yaşadığı şəhərdə ictimai fəaliyyətinə, fəal vətəndaşlıq mövqeyinə görə medal və təşəkkürnamə ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti