...

Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş hazırlığı yoxlanılıb (FOTO+VİDEO)

Siyasət Materials 26 İyul 2015 13:10 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilərək onların döyüşə hazırlığı yoxlanılıb.
Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş hazırlığı yoxlanılıb (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilərək onların döyüşə hazırlığı yoxlanılıb.

Müdafiə Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi düşmənin təyyarə, helikopter, PUA, o cümlədən onun silahlanmasında olan və perspektivdə ola biləcək ballistik və qanadlı raketlərinin məhv edilməsi üçün nəzərdə tutlan "Buk-MB" tipli zenit-raket komplekslərinin müxtəlif rejimlərdə istifadəsinin yoxlanılması ilə həyata keçirilib.

Tapşırığın yerinə yetirilməsi zamanı şərti düşmənin hava hədəfləri imitatorları aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə dərhal məhv edilib.

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti