...

Fəzail Ağamalı: Antiazərbaycan qüvvələr Xədicə İsmayılovanın cinayət işindən təzyiq vasitəsi kimi istifadə etməyə çalışır

Siyasət Materials 27 İyul 2015 13:12
“Bu gün Xədicə İsmaylova törətmiş olduğu cinayət əməllərinə görə istintaq altındadır. Anti-Azərbaycan qüvvələr isə çalışırlar ki, istintaqın gedişinə təzyiq göstərsinlər. Lakin buna nail ola bilməyəcəklər. Çünki Azərbaycan müstəqil dövlətdir, burada bütün bu cür hallar qanunlar çərçivəsində öz həllini tapır”. Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Fəzail Ağamalı: Antiazərbaycan qüvvələr Xədicə İsmayılovanın cinayət işindən təzyiq vasitəsi kimi istifadə etməyə çalışır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Elçin Mehdiyev/

"Bu gün Xədicə İsmayılova törətmiş olduğu cinayət əməllərinə görə istintaq altındadır. Antiazərbaycan qüvvələr isə çalışırlar ki, istintaqın gedişinə təzyiq göstərsinlər. Lakin buna nail ola bilməyəcəklər. Çünki Azərbaycan müstəqil dövlətdir, burada bütün qanunsuz əməllər qanunlar çərçivəsində öz həllini tapır". Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, X.İsmayılova haqqında şikayətlər oldu: "O bir insanı ölümə təhrik edərək onun həyatına təhlükə yaratdı. Buna görə də Xədicə İsmayılova ilə bağlı həmin şəxsin müraciəti əsasında cinayət işi açıldı. Sonradan isə bəlli oldu ki, Xədicə İsmayılovanın rəhbərlik etmiş olduğu "Azadlıq" radiosununun Bakı bürosunda böyük yeyintilər, vergidən yayınmalar var".

Millət vəkili vurğulayıb ki, kimsə hansısa radio, qəzet, siyasi partiya çətiri altında gizlənərək cinayətə yol verməli deyil: "Cinayət törədən hər kəs kimliyindən asılı olmayaraq mütləq qanun qarşısında cavab verməlidir, eyni zamanda Xədicə İsmayılova da".

F.Ağamalı əlavə edib ki, antiazərbaycan qüvvələr heç vaxt Azərbaycana qarşı kampaniyalarını dayandırmayacaqlar: "Bu kampaniyanın başlıca məqsədi güclənməkdə olan Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq, inkişafına mane olmaqdır. Bu yolda Xədicə İsmayılovalar kimi ayrı-ayrı satqınlar, xarici dairələrin, ermənilərin və ermənipərəst qüvvələrin pulu ilə qidalananlar xüsusi yer tuturlar. Bir neçə il bundan əvvəl "Eurovision" mahnı müsabiqəsi zamanı və bu yaxınlarda keçirilən birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı təzyiq göstərməyə cəhd etdilər. Bu gün bunların Xədicə İsmayılovası, Leyla Yunusu var. Sabah başqa bir satılmış adam tapıb ortalığa çıxaracaqlar və onların vasitəsilə Azərbaycana qarşı təzyiq etməyə çalışacaqlar".

F.Ağamalı əlavə edib ki, bu gün Azərbaycanda demokratiya, söz və mətbuat azadlığı üçün bütün imkanlar var: "Azərbaycanın zəifləməsinə, gücdən düşməsinə, idarə olunan ölkəyə çevrilməsinə xidmət edən bu cür layihələrə isə ölkəmizdə heç vaxt yer olmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti