...

Məzahir Pənahov: Bütün tərəflər konstruktiv əməkdaşlıq etmək niyyətini ortaya qoymalıdır

Siyasət Materials 29 Avqust 2015 15:08 (UTC +04:00)
Bundan sonra Mərkəzi Seçki Komissiyası fəaliyyətini daha da gücləndirməlidir.
Məzahir Pənahov: Bütün tərəflər konstruktiv əməkdaşlıq etmək niyyətini ortaya qoymalıdır

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bundan sonra Mərkəzi Seçki Komissiyası fəaliyyətini daha da gücləndirməlidir. Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bu gün seçkilərin keçirilməsində kifayət qədər nailiyyətlər əldə edilib: "Hesab edirəm ki, seçkilərə uğurla başlayırıq. Bütün şərait var. Ölkədə ictimai-siyasi sabitlik var, ictimaiyyət kifayət qədər maarifləndirilib, seçkilərin təşkilində peşəkar insanlar var".

M.Pənahov seçkilər zamanı hansısa xoşagəlməz halların baş verə biləcəyini də istisna etməyib.

Onun sözlərinə görə, xoşagəlməz halların olmasından heç kim sığortalanmayıb: "Burada milyonlarala insan səs verir. Novbəti seçkilərdə də, 10 il bundan sonra da keçiriləcək seçkilərdə də xoşagəlməz hallar baş verəcək. Dünyanın bütün ölkələrində keçirilən seçkilərdə xoşagəlməz hallar baş verir və bundan sonra da baş verəcək. Ancaq buna konstruktiv yanaşma olmalıdır. Seçki komissiyaları üzvlərinin işi ondan ibarətdir ki, bu cür hallara vaxtında və adekvat reaksiya versin".

M.Pənahov bildirib ki, seçkilərə aidiyyatı olan bütün qurumlar, o cümlədən yerli və beynəlxalq müşahidəçilər bu məsələdə öz töhfəsini verməlidir, hər kəs konstruktiv əməkdaşlıq etməlidir.

M.Pənahov həmçinin yerli və beynəlxalq müşahidəçilərə çağırış edib. O bidirib ki, Seçki Məcəlləsi tələb edir ki, müşahidəçi ancaq özü gördüyünü qeyd etməlidir: "Əgər müşahidəçi nəyisə başqasından eşidirsə, onu qeyd etməlidir ki, o bunu özü görməyib, eşidib. Eşidilib yazlan məsələ müşahidə deyil. Müşahidəçinin vəzifəsi yalnız öz müşahidə etdiyi məntəqə ilə bağlı məlumat verməkdir. Bütün tərəflər konstruktiv əməkdaşlıq etmək niyyətini ortaya qoymalıdır. Hamı çalışmalıdır, əlindən gələn işi görməlidir ki, seçkilərin nəticələri şübhə doğurmasın. Ola bilsin ki, mən beynəlxalq qurumlara bununla bağlı rəsmi məktub yazım".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti