Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda keçiriləcək parlament seçkilərində namizədliyinin qeydə alınması üçün 81 nəfər müraciət edib.
Trend xəbər verir ki, bunu Komissiyanın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, parlament seçkilərində namizədliyinin qeydə alınması üçün 48 dairə üzrə 81 müraciət daxil olub.