...

XİN: Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji layihələrində San-Marinonun iştirakı mümkündür

Siyasət Materials 8 Sentyabr 2015 14:43 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov San-Marino Respublikasının xarici və siyasi işlər üzrə dövlət katibi Paskal Valentinini qəbul edib. Bu barədə XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.
XİN: Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji layihələrində San-Marinonun iştirakı mümkündür

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov San-Marino Respublikasının xarici və siyasi işlər üzrə dövlət katibi Paskal Valentinini qəbul edib. Bu barədə XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.

Nazir Elmar Məmmədyarov P.Valentinini salamlayaq, səfərin Azərbaycan və San-Marino arasında münasibətlərin inkişafı baxımından tarixi səfər olduğunu deyib və səfərin əlaqələrin gələcəyi üçün yeni bir səhifə açdığını bildirib.

Dövlət katibi P.Valentini regiona ilk səfərinin Azərbaycana olmasından məmnun olduğunu bildirərək, iki ölkə arasında münasibətlərin bundan sonra daha intensiv şəkildə inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib. P.Valentini həmçinin Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər edən kapitan-regentlər Andrea Belluzi və Roberto Venturinin ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

Azərbaycan və San-Marino arasında potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb və Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı enerji layihələrində San-Marinonun iştirakı mümkünlüyü qeyd edilib.

Daha sonra Avropa İttifaqı ilə münasibətlərin qurulmasına münasibətdə hər iki ölkənin mövqeyi barəsində geniş fikir mübadiləsi aparılıb və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Dünyanın siyasi arenasında baş verən proseslərin müzakirəsi zamanı dövlət katibi P.Valentini beynəlxalq təşkilatlar, xüsusilə BMT çərçivəsində bütün dövlətlərə eyni yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib. Bu xüsusda E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamənin hələ də icra olunmamasının üzv dövlətlərə qarşı eyni yanaşmanın tətbiq edilmədiyinə bariz nümunə olduğunu bildirib.

Sonda "Azərbaycan Respublikası Hökuməti və San-Marino Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Saziş və "Azərbaycan Respublikası və San-Marino Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında" Konvensiya imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti