...

MDB PA-nın beynəlxalq institutu Azərbaycanda parlament seçkiləri ilə bağlı maariflənmə tədbirləri keçirir

Siyasət Materials 15 Sentyabr 2015 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PAA DİMBİ) Bakı filialı qarşıdan gələn 1 noyabr 2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə bağlı maariflənmə tədbirlərinə start verib.

Bu barərəd Trend-ə İnstitutun Bakı filialının mətbuat xidmətinin rəhbəri Kamil Əliyev bildirib.

Onun sözlərinə görə, maarifləndirmə tədbirləri Bakı şəhəri və regionlarda seçki iştirakçılarına təlimlər şəklində seçki hüququ, Milli Məclisə seçkilərin xüsusiyyətləri, seçkilərdə iştirakın növləri, əsas seçki tədbir və hərəkətləri, səsvermə qaydası və s. bu kimi mövzularda məlumatların verilməsini özündə ehtiva edir.

Təlimlərin gedişində Bakı filialının yerli müşahidəçilər və seçki iştirakçıları üçün hazırladığı vəsaitlər dinləyicilərə paylanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti