...

Ay Əli Kərimli, indi də Samir olmusan?...

Siyasət Materials 1 Oktyabr 2015 13:56 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti

Azər Niftiyev - Trend:

"Samir" romanı stilist Samiraldonun həyatından bəhs edir. Düzdür, Samiraldo mətbuata açıqlamasında bu romandan pərt olduğunu, tərcümeyi-halında lazım olmayan məqamların bu yolla cəmiyyətə ötürüldüyünü iddia edir.

Bilmirəm, bu romanın təsirindənmi, nədənmi, Əli Kərimli "Azadlıq" qəzetində Samir imzasıyla daha bir yazı yazıb. Zatən, bu qəzetdə bütün yazıların müəllifi ya Əli Kərimlidir, ya da qəzet birbaşa onun korrektəsindən sonra tirjalanır. Samir və digər müəmmalı imzalar isə AXCP sədrinin sərhədsiz fantaziyasının məhsuludur.

Əli Kərimli "Hakimiyyətin Avropa qorxusu" adlı yazısında iddia edir ki, guya Azərbaycan iqtidarı siyasi riyakarlıq edir: "Azərbaycan iqtidarı Almaniya Bundestaqının, ardınca isə Avropa Parlamentinin qətnaməsini "kağız parçası" adlandırır. Digər yandan Avropa İttifaqının nümayəndələrini qəbul edib, ikitərəfli münasibətlərin vacibliyindən danışır, Səməd Seyidovun AŞ PA Monitorinq Komitəsinin sədr müavini seçilməsi uğur kimi təqdim edilir, heç kimin tanımadığı avropalı deputatın hakimiyyət haqqındakı xoş sözləri gecə-gündüz efirdə yayımlanır".

Əvvəla, bu məqama diqqət yetirmək lazımdır ki, Almaniya Bundestaqı və Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamələri qərəzlidir və bəlli sifariş əsasında qəbul olunub. Lakin bu o demək deyil ki, Avropa İttifaqının nümayəndələrinin ölkəmizə səfəri zamanı heç kim onları qəbul etməməlidir. Və ya azərbaycanlı deputatın Avropa Şurasında vəzifəyə təyin edilməsi hansı səbəbdən diqqətdən kənarda qalmalıdır?

Bəs görəsən, siyasi riyakarlığı, siyasi hərracı həyat tərzinə çevirmiş Əli Kərimli AXCP sədri Əblüfəz Elçibəyin vəfatı öncəsi onu devirməyə çalışmasından, bu məqsədlə partiya daxilində "Yurd" adlı qrup yaratmasından niyə danışmır?

Və ya 2000-ci ildə bütün müxalifət partiyaları Parlament seçkilərini baykot etdiyi halda o, dəstəsi ilə birgə Parlamentə getdiyini niyə dilə gətimir?

Bəlkə onu desin ki, vaxtilə dost olduğu, bir qrupda oxuduğu, qohumluq əlaqəsində olduğu silahdaşları niyə onun adı gələndə "satqının biridir" ifadəsini işlədirlər?

"Od olmayan yerdən tüstü çıxmaz" deyiblər cənab, Kərimli! Hər halda sən namərd, özünün də söylədiyin kimi, siyasi riyakar olmasaydın, bu gün sənin haqqında heç olmasa, bir nəfər müsbət söz deyərdi. Yox əgər, müsbət keyfiyyətlər səndə yoxdursa, başqalarını heç bir əsas olmadan ittiham etmək, ən böyük siyasi riyakarlıq deyilmi?

Bəlkə buna aydınlıq gətirəsən, cənab Kərimli!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti