Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Elmir Murad/
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gələcək.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 5-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək. Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
Qeyd edək ki, rəsmi səfər oktyabrın 7-dək davam edəcək.