...

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şəmkir hərbi birliyində olub (FOTO)

Siyasət Materials 8 Oktyabr 2015 10:17 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Şəmkir hərbi birliyində olublar.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şəmkir hərbi birliyində olub (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Elmir Murad/

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Şəmkir hərbi birliyində olublar.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, fəxri qonağın təntənəli qarşılanma mərasimi zamanı orkestr Türkiyənin istiqlal marşını və Azərbaycanın dövlət himnini ifa edib.

Sonra Şəmkir birliyindəki hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Türkiyəli general qərargahda Heydər Əliyev guşəsi ilə tanış olub, şərəf kitabını imzalayıb. Qonağa birliyin yaradılması tarixi, fəaliyyəti, tərkibi, hərbi hissənin döyüş hazırlığı, təminatı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, sosial-məişət şəraiti və son dövrlərdə görülən işlər barədə məlumat verilib.

Hərbi hissənin ərazisini gəzən qonaq əsgər yataqxanalarında, tibb mərkəzində, yeməkxanada, hamam-camaşırxana kompleksində də olub və şəxsi heyət üçün burada yaradılan şəraitdən məmnun qalıb.

Sonda nümayəndə heyəti səfər proqramının mədəni-kütləvi hissəsinə uyğun olaraq Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzini, dahi Nizaminin məqbərəsini, Nuri Paşanın bayrağı tapılan evi və Türkiyənin Baş Konsulluğunu ziyarət edib.

Nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti