...

İlham Əliyev Avstraliya parlamentinin nümayəndə heyətini qəbul edib (FOTO)

Siyasət Materials 1 Noyabr 2015 18:30 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Luke Simpkinsin başçılıq etdiyi Avstraliya parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Avstraliya parlamentinin nümayəndə heyətini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Luke Simpkinsin başçılıq etdiyi Avstraliya parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Avstraliya parlamentində Azərbaycan dostluq qrupunun işini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev qrupun fəaliyyətinin ikitərəfli əlaqələrimizin gücləndirilməsində vacib rol oynadığını qeyd etdi. Avstraliyada fəal azərbaycanlı icmasının yaşadığını deyən dövlətimizin başçısı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında iştirakı zamanı onlarla keçirdiyi görüşü xatırladı. Avstraliyada Azərbaycan səfirliyinin artıq bir neçə ildir ki, fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Avstraliya ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi.

Avstraliya parlamentində Azərbaycan dostluq qrupunun tərkibində fəaliyyət göstərməsindən məmnun olduğunu qeyd edən Luke Simpkins Azərbaycanın iqtisadi və sosial sahələrdə, demokratiyanın inkişafı istiqamətində əldə etdiyi uğurların böyük əhəmiyyət daşıdığını vurğuladı. O, müşahidə apardıqları məntəqələrdə seçkilərin yüksək səviyyədə təşkil edildiyini və keçirildiyini qeyd etdi. Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Azərbaycanda sürətli inkişaf proseslərinin getdiyini dedi, ölkəmizin yerləşdiyi mürəkkəb regionda bu cür nailiyyətlər əldə etməsinin önəmini vurğuladı, bu barədə Avstraliya ictimaiyyətini məlumatlandırmağın əhəmiyyətini bildirdi.

Xəbər lenti

Xəbər lenti