...

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Siyasət Materials 2 Noyabr 2015 17:25 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Trend Prezidentin mətbuat xidmətinə istinadən məlumat verir ki, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik etdi, Türkiyə Prezidentinə fəaliyyətində yeni-yeni uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzuladı.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirdi, öz növbəsində hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı, Prezident İlham Əliyevə ali dövlətçilik fəaliyyətində uğurlar, Azərbaycan xalqına firavanlıq arzuladı.

Dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti