...

Prezident İlham Əliyev Zaqatala rayonuna səfərə gəlib (FOTO)

Siyasət Materials 4 Noyabr 2015 12:30 (UTC +04:00)
Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərə gəlib.
Prezident İlham Əliyev Zaqatala rayonuna səfərə gəlib (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərə gəlib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı Zaqatala şəhərindəki Heydər Əliyev Parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevə parkda aparılan abadlıq işləri barədə məlumat verib.

İndi bu park Zaqatala sakinlərinin, rayona gələn qonaqların ən sevimli istirahət mərkəzinə çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti