...

Allahşükür Paşazadə: Terrorçu qüvvələr əbəs yerə Fransanı hədəfə götürməyiblər (FOTO)

Siyasət Materials 16 Noyabr 2015 16:10 (UTC +04:00)
Bəziləri islam dünyasında dinin adından istifadə edərək terror aktları həyata keçirirlər. Bu, heç də islamla əlaqəli deyil
Allahşükür Paşazadə: Terrorçu qüvvələr əbəs yerə Fransanı hədəfə götürməyiblər (FOTO)

Bakı. Elmir Murad - Trend:

"Bəziləri islam dünyasında dinin adından istifadə edərək terror aktları həyata keçirirlər. Bu, heç də islamla əlaqəli deyil".

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, bəzi qüvvələr din adından istifadə edərək islamı dünyada gözdən salmaq istəyirlər: "Fransa dövləti həmişə sülhün tərəfdarı olub. Mən dəfələrlə Fransada konfranslarda iştirak etmişəm. Fransa həmişə terrorizmə qarşı mübarizə sahəsində irəlidə gedən dövlət olub. Bu terrorçu qüvvələr də əbəs yerə Fransanı hədəfə götürməyiblər. İnanıram ki, Fransa dövlətinin rəhbərliyi öz yolundan dönməyəcək və terrorizmə qarşı mübarizəni davam etdirəcək".

A.Paşazadə qeyd edib ki, terrorizmin milliyyəti, dini olmur: "Bəzi dövlətlər Azərbaycanda terror aktları törədiləndə əhəmiyyət vermədilər. Xocalı faciəsi baş verəndə bütün dünyaya car çəkdik. Bu, terrorun başlanğıcı idi. 20 Yanvar hadisələrində bütün dünya parlamentlərinə çağırış etdik, amma bizi eşitmədilər. Bu günlərdə Livanda və Fransada baş vermiş terror hadisələri bunun davamıdır. Çox təəssüflənirəm ki, bəzi ölkələrin liderləri öz dövlət məsələlərini terror məsələlərindən üstün tuturlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti