...

Mübariz Əhmədoğlu: ATƏT MQ həmsədrlərinin regiona səfəri ermənilərin psixoloji tarazsızlığını aşkarladı

Siyasət Materials 19 Noyabr 2015 13:44 (UTC +04:00)
ATƏT MQ həmsədrlərinin regiona səfəri ermənilərin psixoloji tarazsızlığını aşkarladı. Hərbi insidentlərin intensiv dövrü unudulmadığı dövrdə regiona səfər edən həmsədrlər Dağlıq Qarabağ münaqişəsi zamanı yaranan qaçqınların problemlərinin həllini və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının dialoqunu daha prioritet hesab etdilər.
Mübariz Əhmədoğlu: ATƏT MQ həmsədrlərinin regiona səfəri ermənilərin psixoloji tarazsızlığını aşkarladı

Bakı. Trend:

ATƏT MQ həmsədrlərinin regiona səfəri ermənilərin psixoloji tarazsızlığını aşkarladı. Hərbi insidentlərin intensiv dövrü unudulmadığı dövrdə regiona səfər edən həmsədrlər Dağlıq Qarabağ münaqişəsi zamanı yaranan qaçqınların problemlərinin həllini və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının dialoqunu daha prioritet hesab etdilər.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, ona görə ermənilərin fikrincə, həmsədrlərin regiona səfəri cavabdan çox sual yaradıb: "İki məsələ xüsusilə diqqət çəkib. Birincisi, Ermənistan rəsmiləri və siyasiləri köçkün-qaçqın probleminə demək olar ki, yer ayırmırlar. Həmsədrlərin həmin mövzunu aktuallaşdırması da erməni ictimai-siyasi mühitinə təsirsiz qaldı. Dağlıq Qarabağın erməni və azərbaycanlı dialoqu mövzusu isə Ermənistanda tabu qoyulan mövzulardan biridir. Həmsədrlər ilk dəfə olaraq icmalararası dialoqa rəsmi bəyanatlarda münasibət bildirsələr də, Ermənistanın rəsmi və qeyri-rəsmi ictimai-siyasi mühiti tamamilə susdu. Dağlıq Qarabağın de-fakto "prezidentinin Mətbuat Xidmətinin rəhbəri" D.Babayan köçkün probleminə münasibət bildirsə də, reallıqda bunu Ermənistan və Azərbaycandan qaçqın düşənlərə aid etmək olar. D.Babayan bu halda paritet təklif edir. Onu başa düşmək olar. Azərbaycanı tərk edən ermənilərin sayı ilə Ermənistandan qovulmuş azərbaycanlıların sayı fərqlidir. Ona görə D.Babayan Azərbaycana qayıdan erməni qədər də azərbaycanlının Ermənistana qayıtmasını arzulayır. Amma onun paritet ideyası Dağlıq Qarabağ tənzimlənməsində özlərinin ziyanına işləyəcəkdir. Erməni tərəfinin yaydığı məlumata görə, Dağlıq Qarabağda 150 min erməni yaşayır. Dağlıq Qarabağdan deportasiya olunan azərbaycanlıların sayı isə indi təxminən 75 min nəfərdir. Belə alınır ki, ermənilər Dağlıq Qarabağdan 75 min ermənini çıxarmalıdırlar; paritet prinsipi belə tələb edir. Yenilənmiş Madrid Prinsiplərinə görə bütün məcburi köçkün və qaçqınlar əvvəlki yşayış yerlərinə qayıtmalıdır. Ksenofob erməni siyasətçiləri, o cümlədən D.Babayan ancaq seqreqasiyaya xidmət edən ideya müəllifləri ola biərlər. Barış, birgəyaşayış, tolerantlıq, multikulturalizm kimi ideyalar onlara yaddır".

Politoloq qeyd edib ki, məcburi köçkün və qaçqınlarla bağlı həmsədrlərin verdiyi bəyanatda ermənilər üçün şok məqamlardan biri də "Azərbaycanı düşmən kimi qəbul etməyən erməninin mövcudluğu" terminidir: "C.Uorlikin bu terminini həm Azərbaycandan köçmüş ermənilərə, həm də Dağlıq Qarabağdakı ermənilərə aid etmək olar. "Erməni və azərbaycanlıların birgə yaşayışı" terminindən sonra bu termin erməniləri ciddi təşvişə salıb. İkinci aspekt - rəsmi Yerevanın qoşunların təmas xəttində xüsusi qurğuların yerləşdirilməsi ilə bağlı israrla müdafiə etdiyi təklifinin mahiyyətini dəyişməsilə bağlıdır. Görünür, təzyiq vasitəsilə Ermənistanı başa salıblar ki, Ermənistanın dəstəklədiyi təklif qoşunların təmas xəttini dövlət sərhədinə çevirə bilir, çox vaxt və külli miqdarda maliyyə tələb edir. Eyni zamanda bu xalqların bərabərliyi və öz müqəddəratını təyin etmə prinsipilə daban-dabana ziddir. Ermənistanın bu məsələdə mövqeyinin dəyişməsini ABŞ konqresmenlərinə göndərdiyi təlimatlar təsdiqləyir. ABŞ konqresmenləri ABŞ Dövlət Departamentinə birinci müraciətlərində məhz yuxarıdakı təklifi təqdim etmişdilər. İkinci müraciətlərində isə konqresmenlər qoşunların təmas xəttində üstündə xüsusi qurğular gəzdirən ATƏT müşahidəçilərinin sayının artırılmasını təklif edirlər. Bu artıq prinsipcə yeni vəziyyətdir. Amma daha vacib məsələ Ermənistanın mövqeyini dəyişməyə vadar edilməsidir. Hər halda Ermənistan elə başa düşür ki, o hansı məsələyə münasibət bildirmirsə, deməli, həmin məsələ yoxdur. Bu artıq psixologiya sahəsinə aid məsələdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti