Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Finlandiyanın Prezidenti Sauli Niinistönini təbrik edib.
Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Finlandiya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".