Bakı. Trend:
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında 2015-ci il dekabrın 22-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu fərmanda göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əfqanıstan hökumətinə bildiriş göndərmək tapşırılıb.