...

İlham Əliyev İsveçrə Prezidenti ilə görüşüb (FOTO)

Siyasət Materials 22 Yanvar 2016 15:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrə Prezidenti Yohan Şnayder-Amman ilə görüşü olub.
İlham Əliyev İsveçrə Prezidenti ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder-Amman ilə görüşü olub.

Trend AZƏRTAC-a istinadən məlumat verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, nəqliyyat sahələrində səmərəli əməkdaşlığın olduğu vurğulandı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan danışıldı.

Söhbət zamanı beynəlxalq aləmdə hazırkı vəziyyət, neftin qiymətinin aşağı düşməsi fonunda gedən iqtisadi proseslər, maliyyə və iqtisadi sahələrdə böhran ətrafında fikir mübadiləsi aparıldı, həm Azərbaycanda, həm də İsveçrədə bu istiqamətdə atılan addımlar müzakirə edildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti