Bakı. Elçin Mehdiyev - Trend:
ATƏT Parlament Assambleyasının (PA) prezidenti İlkka Kanervanın Azərbaycana planlaşdırılan səfərinin təxirə salınması səbəbi məlum olub.
Trend-in məlumatına görə, ATƏT PA-nın vitse-prezidenti Georgi Tsereteli jurnalistlərə bildirib ki, İ.Kanerva səhhətindəki problemlə bağlı son anda səfərini təxirə salıb.