Prezident yanında Apellyasiya Şurasının Əsasnaməsi təsdiq olunub

Prezident yanında Apellyasiya Şurasının Əsasnaməsi təsdiq olunub

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında əsasnamə Azərbaycan Prezidenti İlham Əliyevin 3 fevral tarixli fərmanı ilə təsdiq olunub.

Apellyasiya Şurası haqqında

ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası (bundan sonra - Şura) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) yuxarı orqana şikayətlərin (bundan sonra - şikayət) verilməsi mexanizminin tənzimlənməsi məqsədi ilə yaradılmış və ictimai əsaslarla (ödənişsiz əsaslarla) fəaliyyət göstərən kollegial orqanıdır.

1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Bu Əsasnamənin məqsədləri üçün "şikayət" dedikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş şikayətlər üzrə mərkəzi icra hakimiyyəti orqanının Apellyasiya Şurasının qəbul etdiyi qərarından, qərarın qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən həmin şəxslərin Şuraya verdiyi yazılı müraciəti başa düşülür.

1.4. Şura öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq, qərəzsizlik prinsipləri əsasında qurur.

1.5. Şura öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslərlə əlaqəli şəkildə həyata keçirir.

1.6. Şura Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş xidməti blanka və möhürə malikdir.

2. Şuranın vəzifələri

2.0. Şuranın vəzifələri aşağıdakılardan ibarətdir:

2.0.1. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər (onların səlahiyyətli nümayəndələri) tərəfindən verilmiş şikayətlərə baxılmasını təmin etmək;

2.0.2. Şuraya daxil olan şikayətlər ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və işin nəticəsi üzrə müvafiq olaraq əsaslandırılmış şəkildə yazılı qərar qəbul etmək;

2.0.3. Şurada baxılan müraciətlərin uçotunu aparmaq, onları təhlil etmək, icmallaşdırmaq və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək;

2.0.4. Şuranın qəbul etdiyi qərarların icrasına nəzarət etmək;

2.0.5. Şuranın qəbul etdiyi qərarlarla bağlı izah vermək;

2.0.6. Fəaliyyəti zamanı öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

2.0.7. Qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin və qanunla açıqlanması və yayılması qadağan edilən məlumatların qorunması üçün zəruri tədbirlər görmək;

2.0.8. Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3. Şuranın hüquqları

3.0. Şura öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.0.1. daxil olmuş şikayətlərlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, fiziki və hüquqi şəxslərə sorğular vermək və onlardan belə məlumatları və sənədləri almaq;

3.0.2. şikayət vermiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini), aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərini, habelə digər əlaqəli şəxsləri Şuranın iclaslarına dəvət etmək, onların iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq;

3.0.3. Şuraya daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlər verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət etmək;

3.0.4. Şuraya daxil olan şikayətlərin araşdırılması zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların tələblərinin pozulması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məsələ qaldırmaq və nəticəsi üzrə arayış almaq;

3.0.5. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı konfranslar və digər tədbirlər təşkil etmək, belə tədbirlərə rəhbərlik etmək;

3.0.6. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının sahibkarlıq subyektlərinin şikayətlərinə baxılması ilə bağlı fəaliyyətini, dövlət orqanları ilə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər arasındakı münasibətləri tənzimləyən normativ hüquqi aktlar üzrə təkliflər vermək;

3.0.7. Apellyasiya Şuralarının fəaliyyəti ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təşkilati və metodiki yardım göstərmək;

3.0.8. Şuranın fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;

3.0.9. Şuranın fəaliyyəti prosesində təhlillər və ümumiləşdirmələr aparmaq, şikayətlərin araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;

3.0.10. Şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək.

3.0.11. Şuranın fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;

3.0.12. Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Şuranın fəaliyyətinin təşkili

4.1. Şuranın tərkibi (sədri və digər səkkiz üzvü) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət olmaqla, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

4.2. Şuranın sədri aşağıdakı vəzifələri yerinə yetirir:

4.2.1. Şuranın işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;

4.2.2. Şurasının adından çıxarılan qərarları və Şurasının fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

4.2.3. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir və keçirilən iclaslarda sədrlik edir;

4.2.4. Şuranın səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Şuranın iclaslarına çıxarır;

4.2.5. Şuranı təmsil edir;

4.2.6. Şuranın Katibliyinin rəhbəri və tərkibi barədə təklif verir;

4.2.7. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər işləri həyata keçirir.

4.3. Şuranın üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:

4.3.1. Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək,;

4.3.2. Şuranın səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər vermək;

4.3.3. Şuranın iclasına təqdim edilmiş bütün materiallarla əvvəlcədən tanış olmaq;

4.3.4. Şuraya daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq;

4.3.5. Şuraya daxil olan şikayətlərlə əlaqədar münasibət bildirmək, rəy və təkliflər vermək;

4.3.6. Şuraya daxil olan şikayətlərlə əlaqədar ilkin araşdırma üçün təqdim edilmiş sənədlərin (toplanmış materialların) kifayət olmadığı qənaətinə gəldikdə, əlavə sənədlərin əldə edilərək araşdırma materiallarına daxil edilməsini tələb etmək;

4.3.7. Şuraya daxil olan şikayətlərlə əlaqədar Şuranın adından qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;

4.3.8. Şuranın protokolları, qərarları və digər sənədləri ilə tanış olmaq;

4.3.9. Şuranın iclas protokollarını imzalamaq;

4.3.10. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclasında baxılması üçün təkliflər vermək;

4.3.11. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmaq;

4.3.12. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və hüquqları həyata keçirmək.

4.4. Şuranın hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda, Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir.

4.5. Şuranın cari fəaliyyətinin təşkili Katiblik tərəfindən həyata keçirilir. Katibliyin tərkibi Şuranın sədrinin təqdimatı (təklifi) əsasında, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri tərəfindən təsdiq olunur.

4.6. Katiblik:

4.6.1. Şuraya daxil olan şikayətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir;

4.6.2. Bu Əsasnamənin 2.0.1-ci yarımbəndinə müvafiq olaraq Şuraya daxil olan şikayətləri qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə bütün zəruri sənədlərin (materialların) 5 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət edir;

4.6.3. Bu Əsasnamənin 4.7.2-ci yarımbəndinə müvafiq olaraq təqdim edilmiş sənədlərin (materialların) tamlığını və zəruriliyini yoxladıqdan sonra toplanmış sənədləri (materialları) rəsmi şəkildə rəy verilməsi üçün Şuranın sədrindən başqa digər üzvlərinə göndərir;

4.6.4. Bu Əsasnamənin 4.8-ci bəndinə əsasən rəsmi şəkildə təqdim edilmiş rəyləri ümumiləşdirir və Şuranın sədri ilə razılaşdırmaqla Şuranın iclaslarını təşkil edir;

4.6.5. Şuranın iclaslarının keçirilməsinin vaxtı barədə Şuranın üzvlərinə, habelə bu Əsasnamənin 3.0.2-ci yarımbəndində göstərilən şəxslərə iclasa ən azı 3 iş günü qalmış yazılı məlumat verir;

4.6.6. Şuranın iclaslarının protokolunu tərtib edir və imzalanması üçün Şuranın üzvlərinə təqdim edir;

4.6.7. Şuranın qərarlarının (rəylərinin, yazılı şəkildə verdiyi cavabların) layihələrini hazırlayır, baxılması və imzalanması üçün Şuranın sədrinə təqdim edir;

4.6.8. Şuranın qəbul etdiyi qərarların (rəylərin, yazılı şəkildə verdiyi cavabların) aidiyyəti üzrə göndərilməsini təmin edir;

4.6.9. Şuranın iclaslarında baxılan məsələlər barədə məlumatı kütləvi informasiya vasitələri və Şuranın rəsmi internet saytı vasitəsilə yayır;

4.6.10. Şurada baxılan müraciətlərin uçotunu aparır, onları təhlil edir, icmallaşdırır və nəticəsi barədə Şuranın sədrinə rüblük, yarımillik və illik arayışlar (hesabatlar) təqdim edir;

4.6.11. Şuranın fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini və informasiyanın daim yenilənməsini təmin edir;

4.6.12. Şuranın sədrinin göstərişlərini icra edir;

4.6.13. Öz səlahiyyətləri daxilində Şuranın qəbul etdiyi qərarların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;

4.6.14. Şuranın protokollarının və digər sənədlərin əsllərini saxlayır;

4.6.15. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

4.7. Bu Əsasnamənin 4.7.4-cü yarımbəndinə əsasən rəylər 5 iş günündən gec olmayaraq təqdim edilməlidir. Təqdim edilmiş rəylər əsaslandırılmalı, həmin rəylərdə hər hansı bir məsələyə münasibət aydın və birmənalı şəkildə ifadə olunmalıdır.

5. Şuraya edilən müraciətlərlə bağlı tələblər

5.1. Müraciətlər yazılı formada tərtib edilməlidir.

5.2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən verilmiş şikayətlərdə qanunla nəzərdə tutulan məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da göstərilməlidir:

5.2.1. şikayət edən şəxsin VÖEN-i;

5.2.2. şikayətin predmeti üzrə bundan əvvəl aidiyyəti mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarına edilmiş müraciət (müraciətlər) və alınmış cavab (cavablar) barədə məlumatlar;

5.2.3. şikayətin predmeti üzrə bundan əvvəl mərkəzi və ya yerli icra hakimiyyəti orqanına müraciətin (müraciətlərin) edilməsinə səbəb olan hal barədə məlumatlar (o cümlədən, aidiyyəti mərkəzi və ya yerli icra hakimiyyəti orqanının və həmin orqanın Apellyasiya Şurasının qəbul etdiyi inzibati aktın adı, tarixi, nömrəsi, qısa məzmunu);

5.2.4. şikayətə əlavə edilmiş sənədlərin siyahısı.

5.3. Şikayətlər müraciət edən fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndələri tərəfindən (səlahiyyəti təsdiq edən sənədin surəti şikayətə əlavə edilməklə) imzalanır.

5.4. Hüquqi şəxs tərəfindən təqdim olunan şikayətlərə həmin hüquqi şəxsin möhürü vurulmalıdır. Bu tələb rezident və qeyri-rezident hüquqi şəxslərin nümayəndəlik, filial və bölmələrinə də şamil edilir. Bu zaman şikayətlərə müvafiq olaraq nümayəndəlik, filial və bölmələrin möhürü vurulur.

5.5. Şikayətlərin əsaslı olmasını təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) müvafiq qaydada təsdiq olunmuş surətləri şikayətlərə əlavə edilir.

5.6. Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarında baxılmadan birbaşa Şuraya daxil olmuş şikayətlər, habelə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlər baxılması üçün aidiyyəti üzrə göndərilir.

5.7. Şurada baxılmış (və ya mahiyyəti üzrə baxılmamış) hər bir şikayət üzrə müraciəti etmiş şəxsə (şəxslərə) araşdırmanın nəticəsinə dair əsaslandırılmış qərar (və ya yazılı cavab) göndərilir.

6. Şuranın iclaslarının keçirilməsi qaydası

6.1. Şuranın iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətli sayılır.

6.2. Şuranın iclasları ayda iki dəfədən az olmayaraq və ya Şura sədrinin və ya üzvlərinin müraciətinə əsasən keçirilir.

6.3. Şuranın hər bir iclasının reqlamenti müzakirə olunacaq müraciətlərdən asılı olaraq Şuranın sədri tərəfindən müəyyənləşdirilir.

6.4. Şuranın iclaslarında Şuraya şikayətlə müraciət etmiş şəxslər (onların səlahiyyətli nümayəndələri), aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri, ekspert, mütəxəssis, tərcüməçi və digər əlaqəli şəxslər iştirak edə bilərlər.

6.5. Şuranın gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı bütün dəlillər Şuranın üzvləri tərəfindən müzakirə edilir və hər bir məsələyə ayrıca münasibət bildirilir.

6.6. Şuranın iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Şuranın sədrinin səsi həlledicidir.

6.7. Şuranın gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı Şuranın sədri, Şuranın Katibliyinin rəhbəri və ya Şuranın digər üzvlərindən biri məruzə edir.

6.8. Şuranın iclaslarında şikayətlə müraciət etmiş şəxslərin səlahiyyətli nümayəndələri iştirak etdikdə, nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli (və ya müvafiq qaydada təsdiq olunmuş surəti) Katibliyə təqdim edilməlidir.

6.9. Şuranın iclaslarına dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.

6.10. Şuranın iclaslarında bu Əsasnaməyə uyğun olaraq qəbul edilmiş və Şuranın sədri tərəfindən imzalanmış qərarların icrası bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir.

6.11. Şuranın iclaslarının və gündəliyinə daxil edilmiş şikayətlərin müzakirəsinin video çəkilişi həyata keçirilir və ən az bir il müddətində saxlanılır.

6.12. Şurada baxılan şikayətlər barədə qəbul edilmiş qərarlar barədə məlumat Katiblik tərəfindən kütləvi informasiya vasitələri və ya Şuranın rəsmi internet saytı vasitəsilə yayılır.

6.13. Şuranın sədri üzrlü səbəblərlə əlaqədar (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədrinin səlahiyyətləri Şuranın sədri tərəfindən Şuranın digər üzvünə həvalə edilir.

7. Şuranın iclas protokollarına və qəbul etdiyi qərarlara dair tələblər

7.1. Şuranın iclaslarının nəticəsi Şuranın üzvləri və Katibliyin rəhbəri tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

7.2. Şuranın iclas protokolunda aşağıdakılar göstərilməlidir:

7.2.1. iclasın keçirildiyi tarix və yer;

7.2.2. iclasda iştirak edən Şuranın üzvlərinin, Katibliyin rəhbəri və tərkibinin, dəvət edilmiş digər şəxslərin və (və ya) onların səlahiyyətli nümayəndələrinin adları, soyadları və atalarının adları;

7.2.3. müzakirə edilməsi üçün gündəliyə daxil edilmiş müraciətin predmeti, qısa məzmunu və əsasları;

7.2.4. müzakirə edilməsi üçün gündəliyə daxil edilmiş şikayətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların əsasları;

7.2.5. Şuranın iclasında iştirak edən şəxslərin çıxışları;

7.2.6. Şuranın daxil olmuş müraciətlərlə bağlı topladığı sübutlar, gəldiyi nəticələr, aidiyyəti hüquqi aktlara istinad;

7.2.7. Şura tərəfindən qəbul edilmiş qərar.

7.3. Şura icraatına daxil olan şikayətlər üzrə aparılan araşdırmanın nəticəsi olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

7.3.1. şikayət təmin edilir;

7.3.2. şikayət qismən təmin edilir;

7.3.3. şikayət təmin edilmir;

7.3.4. şikayətin mahiyyəti üzrə yeni qərar qəbul edilir.

7.4. Şuranın bu Əsasnamənin 7.3-cü bəndinə uyğun olaraq qəbul etdiyi qərarı əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün hallarını özündə əks etdirməlidir. Şuranın sədri tərəfindən imzalanmış qərar giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarət olur və həmin hissələrdə aşağıdakı məlumatlar qeyd edilir:

7.4.1. Giriş hissəsində Şuranın qərarının qəbul edildiyi tarix və yer, qərarı imzalayan Şuranın sədrinin soyadı, adı, atasının adı, vəzifəsi, rütbəsi, şikayətin predmeti və irəli sürülən tələblər;

7.4.2. Təsviri hissəsində daxil olmuş şikayət edən şəxsin gətirdiyi əsas, şikayətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların qısa məzmunu, əsasları, habelə işdə iştirak edən şəxslərin izahatları;

7.4.3. Əsaslandırıcı hissəsində Şuranın əldə etdiyi sübutlar və topladığı sənədlər barədə məlumatlar, aidiyyəti hüquqi aktlara istinadlar;

7.4.4. Nəticə hissəsində Şuranın qəbul etdiyi qərar, qərarın icrasına dair göstəriş və qərardan şikayətin verilməsi qaydası öz əksini tapır.

7.5. Şuranın sədri tərəfindən qəbul edilmiş qərarların (verilmiş yazılı cavabların) aidiyyəti üzrə göndərilməsini Katiblik təşkil edir.

CBC radiosunun Qarabağda yayımı başlayıb
CBC radiosunun Qarabağda yayımı başlayıb
Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Azercell “Səyahət bu gün” mövzusu ətrafında müzakirə həyata keçirir
Azercell “Səyahət bu gün” mövzusu ətrafında müzakirə həyata keçirir
Loading Bars
Xəbər lenti
Heydər Əliyevin 98-ci ildönümünə həsr edilən elmi-praktik konfrans keçirilib (FOTO)
Beynəlxalq incəsənət festivalının rəssamları işğaldan azad olunan ərazilərdə “Xarıbülbül” maketlərini ərsəyə gətirib (FOTO)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 895-ə düşüb
IFC Azərbaycanda özəl sektorun dəstəklənməsi üçün 850 milyon dollara yaxın vəsait ayırıb - Direktor
Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xəsarət alıb
Əfqanıstanda daha bir partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
Güclü külək mülki obyektlərin damını uçurdu (FOTO)
Nigeriyada gəmini batması nəticəsində 28 nəfər ölüb
Heydər Əliyev ən ağır şərtlərdə Azərbaycanı qanadlandırmış insandır - Yuli Qusman
Bu gündən Azərbaycanda yaşı 18-dən yuxarı şəxslərin vaksinasiyası başlayır
Bakıda “Mercedes” yanıb
Braziliyada koronavirusdan daha 1 024 nəfər ölüb
Mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq
BMT TŞ Şərqi Qüdsdəki vəziyyətlə əlaqədar iclas keçirəcək
Azərbaycan Rusiyadan beynəlxalq pul köçürmələri üzrə I rübdə lider olub
Gəncədə ikimərtəbəli evdə yanğın olub
Britaniyada koronavirusa daha 1 770 nəfər yoluxub
Ermənistan parlamentində yeni baş nazirin seçilməsi üçün ikinci səsvermə keçiriləcək
Ağcabədidə yol qəzası baş verib, xəsarət alan var
Lavrov bu gün Azərbaycana səfər edəcək
Gədəbəy polisi ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib (FOTO)
Dünyada ötən sutka koronavirusa 786 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür
Türkiyədə koronavirusdan sağalanların sayı 4,7 milyonu ötüb
Türklərlə düşmənçilik yalnız Ermənistan üçün deyil, bütün bölgə üçün fəlakətdir - Paşinyan
Şimşək çaxıb, arabir yağış yağıb - Faktiki hava
Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Ulu Öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Misir iyunda Çinin "Sinovac" peyvəndinin istehsalına başlayacaq
Hemilton İspaniya Qran Prisinin qalibi olub
Heydər Əliyev bu gün beynəlxalq arenada iri fiqura çevrilmiş Azərbaycanın möhkəm təməlini qoyub - Rob Sobhani
Azərbaycanın dörd para-taekvandoçusu Tokio-2020-yə lisenziya qazandı (ƏLAVƏ OLUNUB)
Suriya sahillərində tanker partlayıb
Bakıda minik avtomobili dəmir maneəyə çırpılıb, ölən var
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazıb
Milli Gimnastika Arenasında gimnastlar üçün ən yaxşı şərait yaradılıb - Jalə Qaratova
76 il əvvəl faşizm üzərində qələbə çalan babalarımızın davamçıları erməni faşizminin başını əzdi - Könül Nurullayeva
Yarışlardan sonra emosiyalar müsbətdir - Dünya Kubokunda bürünc medal qazanmış Azərbaycan komandası
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO)
Ermənistanda Njdenin şəxsiyyətinə pərəstiş nasist Almaniyasında Hitler şəxsiyyətinə pərəstişlə müqayisə oluna bilər - Oleq Kuznetsov
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Gazelli Group şirkəti İkinci Dünya Müharibəsi veteranlarını özünəməxsus şəkildə təbrik edib (FOTO)
Azərbaycanda 1539 nəfər COVID-19-dan sağalıb, 660 nəfər yoluxub
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi keçirilib (FOTO)
Bolqarıstan 3 halqa və 2 cüt gürzlə hərəkətlərdə Dünya Kubokunun qalibi olub
“Suraxanı” gəmi muzeyi 10 may tarixindən vətəndaşların istifadəsinə veriləcək
Ombudsman beynəlxalq təşkilatlara çağırış edib
Bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günündə maraqlı anlar (FOTO)
Bolqarıstan gimnastı Dünya Kubokunda lentlə hərəkətlərdə birinci olub
Faşizm üzərində qazanılan Qələbənin 76-cı ildönümü Beyləqanda qeyd edilib (FOTO)
Zəngilanda əkilən palıd toxumları cücərməyə başlayıb - Nazirlik (FOTO)
İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda daha bir qızıl medal qazandı
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)
Azərbaycan komandası 5 topla hərəkətlərdə Dünya Kubokunun bürünc medalını qazanıb
Müdafiə Nazirliyinin rəhbərliyi Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib (FOTO)
Azərbaycanın Ermənistanla sərhədində daha bir hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
İtaliyalı gimnast Dünya Kubokunda topla hərəkətlərdə qalib gəlib
Şuşa şəhərində Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda halqa ilə hərəkətlərdə qızıl medal qazanıb
İsveçrə nəşri Azərbaycan Prezidentinin Şuşanı mədəniyyət paytaxtı elan etməsindən yazır
Sabahın hava proqnozu açıqlanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər (FOTO/VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günü başlayıb (FOTO)
96 yaşlı müharibə veteranı: Ulu öndər Heydər Əliyevdən gördüyümüz diqqət və qayğını indi Prezident İlham Əliyevdən görürük (VİDEO)
Azərbaycan xalqı Heydər Əliyev kimi dühanı yetişdirdiyi üçün xoşbəxtdir - Əflatun Amaşov
Azərbaycan aprel ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Moskvada hərbi parad keçirilir
Mingəçevir Dövlət Universitetində 9 May - Qələbə Gününə həsr olunan konfrans keçirilib
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib (FOTO)
Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib (FOTO)
Azərbaycan Sənaye Korporasiyası ağacəkmə aksiyası keçirib (FOTO)
Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib (FOTO)
Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib
100-dən çox diaspor könüllüsü və gənci “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransa qatılıb
Azərbaycan XİN 9 May Qələbə Günü ilə bağlı bəyanat yayıb
Əfqanıstanda silahlı qarşıdurmada yeddi polis öldürülüb
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib (FOTO)
Bu gün sonuncu Qədr gecəsidir
Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbəsindəki roluna dair film hazırlanıb (VİDEO)
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Şirvan şəhərində "Opel" yanıb
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib
Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı
Türkiyədə son sutkada koronavirusdan 28 896 nəfər sağalıb
"Bavariya" ardıcıl 9-cu dəfə futbol üzrə Almaniya çempionu oldu
Daşkəsən polisi şəhid ailələrinə bayram sovqatları paylayıb
Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var
Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib (FOTO)
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Azərbaycanda bayram tətili başlayıb
Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı
Mingəçevir Dövlət Universitetində “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktiki seminar keçirilib (FOTO)
Bütün xəbərlər