...

“Xocalıya ədalət” kampaniyası çərçivəsində Torontoda mitinq keçirilib

Siyasət Materials 27 Fevral 2016 03:56 (UTC +04:00)
2016-cı ilin 26 fevral tarixində “Xocalıya ədalət” kampaniyası çərçivəsində Kanadanın Ontario əyalətinin paytaxtı Torontoda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar mitinq keçirilib.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində Torontoda mitinq keçirilib

Bakı. Trend:

2016-cı ilin 26 fevral tarixində "Xocalıya ədalət" kampaniyası çərçivəsində Kanadanın Ontario əyalətinin paytaxtı Torontoda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar mitinq keçirilmişdir.

Ontario Parlamentinin (Ontario Legislative Building) qarşısında təşkil edilən aksiyada Toronto və Vaterlo şəhərlərində yaşayan soydaşlarımız, o cümlədən həmin şəhərlərin universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Tədbir zamanı 1992-ci il fevralın 26-da Xocalıda erməni hərbçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına qarşı "Qarabağa azadlıq", "Xocalıya ədalət" kimi şüarlar səsləndirilmiş, Xocalı dəhşətlərini əks etdirən fotoşəkillər və plakatlar nümayiş etdirilmiş, eləcə də məxsusi olaraq aksiya üçün hazırlanmış Xocalı faciəsi haqqında broşürlər paylanılmışdır. Əllərində Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran mitinq iştirakçıları Ermənistan tərəfindən həyata keçirilən işğalçı siyasətə son qoyulmasını tələb etmiş, Kanadanın yerli və federal millət vəkillərini Xocalı qətliamına hüquqi və siyasi qiymət verməyə çağırmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti