Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi Lənkəran və Astarada sakinlərlə görüşlər keçirib (FOTO)

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi Lənkəran və Astarada sakinlərlə görüşlər keçirib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf" İctimai Birliyinin martın 7-də Lənkəran və Astara rayonlarında toplantısı keçirilib, qəsəbə və kəndlərdə yerli sakinlərlə görüşlər olub.

Fonddan Trend-ə verilən məlumata görə, "Regional İnkişaf" İctimai Birliyinin Lənkəran şəhərində keçirilən iclasında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun ötən müddət ərzində gördüyü işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondunun hər bir layihəsinin məqsədi xalqa xidmət göstərməkdir. Bu günədək "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində 412 yeni məktəb inşa olunub. "Təhsilə dəstək", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramları üzrə paytaxt və regionlarda orta məktəb, məktəbəqədər təhsil müəssisələri inşa və əsaslı təmir edilib, əhalinin səhiyyə problemlərinin aradan qaldırılması, ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

Fondun vasitəsi ilə indiyədək 50 mindən artıq insanın həm ölkə daxilində, həm də xaricdə müayinə və müalicə olunduğunu deyən Anar Ələkbərov təkcə ötən il 152 uşaq üzərində ürək əməliyyatı aparıldığını deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yaradılan "Regional İnkişaf" İctimai Birliyinin başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir.

Təşkilatın ictimai fəallıq və ictimai nəzarətin gücləndirilməsi istiqamətində işlər görəcəyini deyən Anar Ələkbərov hər bir kəsi, xüsusilə gəncləri Birliyin fəaliyyətində yaxından iştiraka dəvət edib. Bildirib ki, daxil olan kollegial müraciətlər İctimai Birliyin fəaliyyət isiqamətinə uyğun araşdırılacaq, lakin əsas məqsəd dövlət qurumları ilə, təşkilatlarla vətəndaşların arasında sıx əlaqənin yaradılması olacaq.

Daha sonra çıxış edən "Regional İnkişaf" İctimai Birliyinin sədri Məhəmməd Abdullayev təşkilatın əsas vəzifələri barədə məlumat verib. Bildirib ki, yeni İctimai Birliyin fəaliyyəti ölkənin bütün regionlarını əhatə edəcək, əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilib həlli istiqamətində tədbirlər görüləcək. İctimai Birlik, eyni zamanda regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud olan gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, gənclərin dövlətimizin bugünkü və gələcək prioritetləri üzrə birgə fəaliyyət göstərməsinə şərait yaradılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək məqsədilə layihələr həyata keçirməyi qarşıya məqsəd qoyub.

Bir sıra problemlərin vaxtında öz həllini tapmamasının səbəbinin aidiyyatı dövlət qurumları ilə vətəndaşlar arasında ünsiyyətin yaranmamasından irəli gəldiyi, "Regional İnkişaf" İctimai Birliyinin belə bir dialoqun yaranması, məsələlərin həlli üzrə fəaliyyət göstərəcəyi qeyd olunub. Fondun 12 illik fəaliyyətinin regionlarda daha da genişləndiriləcəyi bildirilib və bu baxımdan könüllərin təşkilat ətrafında birləşməsinin, "Regional İnkişaf" İctimai Birliyinin sosial şəbəkələrdəki səhifələrində fəal olmasının vacibliyi qeyd edilib.

Qeyd olunub ki, təşkilatın cənub bölgəsi üzrə fəaliyyəti Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarını əhatə edək, regional mərkəz isə Lənkəran şəhərində fəaliyyət göstərəcək.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, "Regional İnkişaf" İctimai Birliyinin yaradılması insanların həyatında mühüm rol oynayacaq. O, rayonun ağsaqqal və gənclərini, bütövlükdə Lənkəran ictimaiyyətini Birliyin fəaliyyətində yaxından iştirak etməyə, onları narahat edən və düşündürən problemlərlə bağlı təkliflər verməyə çağırıb.

Tədbirdə çıxış edən rayon ağsaqqalları və gənclər Heydər Əliyev Fondunun bu günədək Lənkəranda müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən, inşa edilən təhsil və səhiyyə müəssisələrindən, uşaq evləri barədə danışıblar. Diskussiya formasında keçən tədbirdə rayonda turizmin inkişafı, istedadlı gənclərə dəstək, autizm və bu kimi sosial məsələlər üzrə regionlarda bərpa mərkəzlərinin yaradılması, yeni iş yerlərinin açılması, erkən nikahlar, eləcə də ucqar kəndlərdə qız uşaqlarının təhsildən yayındırılması, kompüter texnologiyaları, regionlarda insan kapitalının formalaşdırılması və digər məsələlərlə bağlı təkliflər dinlənilib.

Daha sonra Heydər Əliyev Fondunun nümayəndələri Lənkəran rayonunun Gərmətük qəsəbəsində və Astara rayonunun Siyakü kəndində sakinlərlə yerindəcə bir sıra təklifləri müzakirə ediblər. "Regional İnkişaf" İctimai Birliyinin yaradılmasından məmnunluqlarını ifadə edən sakinlər bu təşəbbüsə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, Fond mövcud problemlərin həlli və regionların inkişaf etdirilməsi üzrə bilavasitə yerlərdə sakinlərlə görüşlər keçirərək, onları dinləməklə həm də ümummilli lider Heydər Əliyevin ideyalarını yaşadır. "Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri, həmçinin Lənkəran şəhərində Osman Mirzəyev adına qarışıq tipli uşaq evində olublar. Heydər Əliyev Fondunun təhsil sahəsi üzrə layihəsi çərçivəsində bu uşaq evinin təmiri məsələsi müzakirə edilib.

Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
Salyanda transformator yanıb
Salyanda transformator yanıb
Loading Bars
Xəbər lenti
Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır
Azərbaycanda tütün məmulatları istehsalı artıb
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
İranda daha 200 nəfər koronavirusdan ölüb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar (FOTO)
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar (FOTO)
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qəbələdə yeni körpü və avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəliblər (FOTO/VİDEO)
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı
Sabah 35 dərəcə isti olacaq
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb - Rusiya Müdafiə Nazirliyi
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasını təcəssüm etdirir – Deputat
Qazax sakinində narkotik aşkarlanıb
AVRO-2020: Biletlər bu gündən satışdadır
Salyanda transformator yanıb
Çernoqoriya turistlərə sərhədlərini açır
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb (FOTO)
Sakit okeanda zəlzələ baş verib
Çində yeddi nəfər qasırğanın qurbanı olub
Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub
İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb
Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb
Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
İnigltərə çempionatı: "Mançester Siti" "Nyukasl"a qalib gəldi
"WhatsApp" yeni qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edir
Abşeronda restoranda yanğın baş verib
İraqın şimalında türk əsgəri şəhid olub
Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb
Dünyada ötən sutka koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb - ÜST
Suriyadan İsrailə üç raket buraxılıb
"Amazon" ilin sonuna qədər İngiltərədə 10 min yeni iş yeri yaradacaq
Ukraynanın Səhiyyə naziri istefa etdi
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
DİN itkin düşən qadınla bağlı əhaliyə müraciət edib (FOTO)
Balakəndə evdə yanğın olub
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
İranda daha 202 nəfər koronavirusdan ölüb
Makron öz sözləri ilə ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu - Rusiyalı tarixçi
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib (FOTO)
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Sabah hava necə olacaq?
Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat
Hacıqabul sakinləri narkotikə görə saxlanıldı (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Birjalarda neft qiymətləri necədir?
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Fransa prezidenti Makron öz erməni "sevgisindən" əl çəkmir - Deputat
“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq (FOTO)
İki rayonda qaz xətləri yenilənir (FOTO)
“Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür - Deputat
Biləsuvarda standartlara cavab verməyən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunub
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub (FOTO)
Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
Qazaxda çayxana yanıb
Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisəsi: "Xarıbülbül" festivalı milli birlik və həmrəyliyin nümayişi oldu
Bütün xəbərlər