...

Çexiya Azərbaycanla iqtisadi əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirmək istəyir

Siyasət Materials 14 Mart 2016 12:02 (UTC +04:00)
Azərbaycanla Çexiya arasında siyasi münasibətlər yüksək səviyyədədir.
Çexiya Azərbaycanla iqtisadi əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirmək istəyir

Bakı. Elçin Mehdiyev-Trend:

Azərbaycanla Çexiya arasında siyasi münasibətlər yüksək səviyyədədir. Trend-in məlumatına görə, bunu Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Yan Xamaçek jurnalistlərə bildirib.

Y.Xamaçek qeyd edib ki, Çexiya Azərbaycanla iqtisadi sahədə də əməkdaşlığı yüksək səviyyəyə çatdırmaq niyyətindədir: "Lakin iqtisadi sahədə hələ də görüləsi işlər var. Azərbaycan Çexiyaya neft tədarük edən əsas ölkədir. Çexiya da öz növbəsində müxtəlif məhsulların, o cümlədən avtomobillərin, sənaye komplekslərinin Azərbaycana çatdırılmasına hazırdır. Çexiya həmçinin, Azərbaycanla dəmir yollarının tikintisi kimi sahələrdə də əməkdaşlığa hazırdır".

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Azərbaycanda olmaqdan məmnunluğunu bildirib: "Biz Çex Respublikası ilə Azərbaycan arasında strateji tərəfdaşlığı yüksək qiymətləndiririk. İkitərəfli əlaqələri, münasibətləri, eyni zamanda, iki ölkə arasında parlamentlərarası münasibətləri daha da inkişaf etdirmək istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti