Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin sabah keçiriləcək növbədənkənar plenar iclasının gündəliyi məlum olub.
Trendin məlumatına görə, sabah - martın 18-də keçiriləcək iclasın gündəliyinə "Nüvə materiallarının fiziki mühafizəsi haqqında" Konvensiyaya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi nəzərdə tutulub.