...

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib (FOTO)

Siyasət Materials 25 Aprel 2016 20:06 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib.
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib (FOTO)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də Azərbaycana işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

R.T.Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti