...

Xose Luis Sapatero: Qarşımızda olan vəzifə dialoqu təşviq etməkdir

Siyasət Materials 26 Aprel 2016 13:51 (UTC +04:00)
BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu “Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar” adlı plenar iclasla öz işinə davam edib.
Xose Luis Sapatero: Qarşımızda olan vəzifə dialoqu təşviq etməkdir

Bakı. Elçin Mehdiyev - Trend:

BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu "Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar" adlı plenar iclasla öz işinə davam edib.

Trend-in məlumatına görə, iclasda çıxış edən İspaniyanın sabiq baş naziri Xose Luis Sapatero bildirib ki, Azərbaycan öz-özlüyündə bir sivilizasiya alyansıdır ki, bu cür tədbirə ev sahibliyi edir: "2005-ci ildə BMT nəzdində sivilizasiyalar alyansının yaradılması təklifini irəli sürdüm və Türkiyə ilə birgə biz bu alyansı ərsəyə gətirdik. Alyansın məqsədi ekstremizə qarşı qabaqlayıcı rol oynamaqdır. Bizim qarşımızda olan vəzifə dialoqu təşviq etməkdir. Bu gün barəsində danışdığımız müxtəlif mədəniyyətlər Sivilizasiyalar Alyansının yaranmasına səbəb olub".

Daha sonra çıxış edən Fransanın keçmiş baş naziri və keçmiş xarici işlər naziri Dominik de Vilpen isə qeyd edib ki, ekstremizm son 10 il ərzində dünyanın düşdüyü bir tələdir: "Təəssüf ki, ekstremizmə əsasən verdiyimiz cavab hərbi cavabdır. Əfqanıstandan başlayan ekstremizmə İraqda verilən hərbi müdaxilə cavabı Suriyada davam edir".

O qeyd edib ki, bu sahədə mübarizə aparmaq üçün BMT kifayət qədər güclü deyil.

Onun fikrincə, BMT-də islahatlar aparılmalıdır: "Sülhməramlılar hansısa dövlətdən asılı olmamalıdır. Siyasi münaqişələri hərbi yolla həll etmək istəyimiz yanlışdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti