Bakı. Trend:
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda komissiyanın Nəzarət-təftiş xidmətinin yaradılması müzakirəyə çıxarılıb və MSK üzvü Ramiz İbrahimvovun sədrliyi ilə Nəzarət-təftiş xidməti yaradılıb.
Daha sonra Komissiyanın nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun da tərkibində dəyişiklik edilib.
İclasda 90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə təkrar seçkilərlə bağlı Yeni Azərbaycan Partiyası və Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.