...

Nazim İbrahimov: Azərbaycan diasporu hücum taktikasını seçib

Siyasət Materials 2 İyun 2016 16:12 (UTC +04:00)
Artıq Azərbaycan diasporu öz sözünü bütün dünyada deyib və səsi dünyada eşidilir.
Nazim İbrahimov: Azərbaycan diasporu hücum taktikasını seçib

Bakı. İlhamə İsabalayeva - Trend:

Artıq Azərbaycan diasporu öz sözünü bütün dünyada deyib və səsi dünyada eşidilir. Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, aprelin əvvəlində erməni təcavüzkarlarının etdiyi təxribatlara cavab olaraq, Azərbaycan Ordusunun müvəffəqiyyətli hücumları zamanı Azərbaycan diasporu dünya ictimaiyyətini çox gözəl şəkildə məlumatlandıra bildi.

N.İbrahimov deyib ki, əvvəlki illərdə Azərbaycan hər zaman informasiya müharibəsində uduzurdu: "Ona görə də torpaqlarımız işğal altında ola-ola az qalırdı ki, bizi işğalçı dövlət kimi tanısınlar. Bu dəfə isə proseslər göstərdi ki, diasporumuz düzgün yoldadır. Dünyadakı bütün diaspor üzvlərimiz keçirdikləri qətiyyətli aksiyalarla, müxtəlif instansiyalarla yazdıqları məktublarla, yəni ümumi müasir üsullardan istifadə edərək Azərbaycan dövlətinin, Ordusunun yanında olduğunu göstərdilər. Hamımıza bir daha aydın oldu ki, müharibələri təkcə silahla deyil, informasiya sahəsində udmaq lazımdır. Biz artıq informasiya sahəsində də müharibəni udmağa hazır bir ölkə, diasporuq. Ölkə Prezidentinin bizim qarşımızda qoyduğu "biz informasiya sahəsində informasiya hücumu taktikasını seçməliyik" tapşırığına uyğun olaraq, hücum taktikası seçilib və özünün bəhrəsini verməyə başlayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti