...

Bakı Xoreoqrafiya Akademiyası tam orta təhsil üzrə də təhsil proqramı həyata keçirəcək

Siyasət Materials 11 İyul 2016 19:17 (UTC +04:00)
Prezident İlham Əliyev “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Bakı Xoreoqrafiya Akademiyası tam orta təhsil üzrə də təhsil proqramı həyata keçirəcək

Bakı. Trend:

Prezident İlham Əliyev “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı məzmunda 2.2.1.3-cü yarımbənd əlavə edilir:

“2.2.1.3. tam orta təhsil;”;

4.15.5-ci yarımbənddə “ümumi orta təhsil” sözlərindən sonra “, tam orta təhsil” sözləri əlavə edilir.

Bundan əvvəl bu yarımbənddə qeyd olunurdu:

"4.15.5. şagird və tələbələrin imtahana buraxılması, sinifdən-sinfə (kursdan-kursa) keçirilməsi, ümumi orta təhsil və orta ixtisas təhsili haqqında dövlət sənədlərinin verilməsi, şagird və tələbələrin həvəsləndirilməsi, həmçinin başqa pedaqoji təsir kömək etmədikdə, şagird və tələbələrin Akademiyadan xaric olunması məsələsini;"

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti