...

İran Azərbaycana yeni səfir təyin edib

Siyasət Materials 28 Avqust 2016 12:19 (UTC +04:00)
İran Xarici İşlər Nazirliyi Cavad Cahangirzadəni ölkənin Azərbaycandakı yeni səfiri təyin edib
İran Azərbaycana yeni səfir təyin edib

Bakı. Trend:

İran Xarici İşlər Nazirliyi Cavad Cahangirzadəni ölkənin Azərbaycandakı yeni səfiri təyin edib.

İran Prezidenti Həsən Ruhani bu gün ölkənin yeddi yeni səfirləri, o cümlədən Cavad Cahangirzadə, ilə görüş keçirib.

İranın yeni səfiri Trend-ə bildirib ki, O, yaxın bir neçə həftə ərzində vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Cahangirzadə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti