Bakı. Trend:
Bu gün Belarusun Azərbaycandakı səfirliyində parlament seçkilərində, son məlumata əsasən, 50% çox seçici iştirak edib. Bu barədə Trend-ə səfirlikdən bildiriblər.
Bildiriblər ki, hal-hazırda aktiv seçki prosesi davam edir.
Qeyd edək ki, bu gün Belarusda parlament seçkiləri keçirilir.
Səsvermə yerli vaxtla saat 08:00 başlayıb və saat 20:00 kimi davam edəcək.
Səsvermə üçün 6018 məntəqə yaradılıb.