...

Oqtay Əsədov türkiyəli və çexiyalı həmkarları ilə görüşüb

Siyasət Materials 17 Sentyabr 2016 11:35 (UTC +04:00)
Azərbaycan Parlamentinin sədri türkiyəli və çexiyalı həmkarları ilə görüşüb.
Oqtay Əsədov türkiyəli və çexiyalı həmkarları ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Parlamentinin sədri türkiyəli və çexiyalı həmkarları ilə görüşüb.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, Strasburqda Milli Məclisin sədri Oqtay Əsədovun AŞ PA-ya üzv dövlətlərin parlament sədrlərinin toplantısında iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman və Çex Respublikası parlamentinin sədri Yan Hamaçek ilə görüşləri olub.

Görüşlərdə ölkələrimiz arasında münasibətlərin, xüsusilə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Tərəflər konfransda müzakirə olunan məsələlər haqqında fikirlərini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti