...

Referendumla bağlı səfirlikdə seçki məntəqəsi yaradılıb

Siyasət Materials 21 Sentyabr 2016 16:21 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 26 sentyabr tarixinə təyin edilmiş səsvermə ilə əlaqədar səfirlikdə seçki məntəqəsinin yaradılması barədə əmr imzalayıb.
Referendumla bağlı səfirlikdə seçki məntəqəsi yaradılıb

Bakı. Trend:

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 26 sentyabr tarixinə təyin edilmiş səsvermə ilə əlaqədar səfirlikdə seçki məntəqəsinin yaradılması barədə əmr imzalayıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, əmrə əsasən səfirlikdə təsis edilmiş 17 - Yasamal III Seçki dairəsinin 48 №li Seçki məntəqəsinin işinin yüksək səviyyədə təşkili üçün Fəaliyyət Planı təsdiq olunub. Fəaliyyət Planına görə məntəqədə bütün lazımi texniki avadanlıqlar, müvafiq kabinələr quraşdırılıb. Seçicilərin sərbəst şəkildə səs vermələri üçün zəruri olan hər cür şərait təmin edilib. Bundan əlavə, səsvermə prosesinin mətbuatda işıqlandırılması məqsədilə Rusiyadakı Azərbaycan KİV nümayəndələri tədbirə akkreditə olunublar.

Rusiyada müvəqqəti və daimi əsasda yaşayan, Səfirliyin konsulluq uçotuna götürülmüş Azərbaycan vətəndaşları referendumla bağlı məlumatlandırılmışdırlar. Eyni zamanda, burada xidməti ezamiyyətdə olan vətəndaşlarımız da öz seçki hüquqlarından istifadə edə biləcəklər.

Səfirlik bir daha vətəndaşlarımızı ümumxalq səsverməsində iştirak etməyə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti