...

Referendumda 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq

Siyasət Materials 21 Sentyabr 2016 17:40 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 10 sentyabr 2016-cı il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.
Referendumda 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq

Bakı. Trend:

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 10 sentyabr 2016-cı il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.

MSK-nın Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədilə, işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameraların quraşdırılmasına qərar verilib.

İclasda cari məsələlərə də baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti