...

PA rəylə bağlı Venesiya Komissiyasına müraciət edilməməsinə aydınlıq gətirdi

Siyasət Materials 21 Sentyabr 2016 17:46 (UTC +04:00)
Azərbaycanın Konstitusiyaya dəyişikliklərə rəy verilməsi üçün Venesiya Komissiyasına müraciət etməməsinə aydınlıq gətirilib.
PA rəylə bağlı Venesiya Komissiyasına müraciət edilməməsinə aydınlıq gətirdi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın Konstitusiyaya dəyişikliklərə rəy verilməsi üçün Venesiya Komissiyasına müraciət etməməsinin səbəbi bilindi.

Trend-in məlumatına görə, bu gün mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Azərbaycanın Konstitusiyaya dəyişikliklərə rəy verilməsi üçün Venesiya Komissiyasına müraciət etməməsinə də aydınlıq gətirib:

“Çünki söhbət Azərbaycan Prezidentinin əlavə səlahiyyət almasından getmir. Vitse-prezidentlər əlavə səlahiyyətlər gətirmir. Söhbət idarəetmənin təkmilləşdirilməsindən gedir”.

PA rəsmisi qeyd edib ki, vitse-prezidentlərin adı katiblər də ola bilərdi: “Söhbət islahatların sürətlə həyata keçirilməsindən gedir. İnsan hüquqları ilə bağlı məsələlərə isə heç Venesiya Komissiyasının mənfi yanaşması olmayıb. İnsan hüquqlarına dair dəyişiklikləri də Venesiya Komissiyasına göndərməyə ehtiyac yox idi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti