...

Azərbaycanın Kanadadakı səfirliyində referenduma hazırlıq başa çatdırılıb

Siyasət Materials 24 Sentyabr 2016 00:53 (UTC +04:00)
Azərbaycanın Kanadadakı səfirliyində referenduma hazırlıq işləri başa çatdırılıb
Azərbaycanın Kanadadakı səfirliyində referenduma hazırlıq başa çatdırılıb

Bakı. Trend:

Azərbaycanın Kanadadakı səfirliyində referenduma hazırlıq işləri başa çatdırılıb.

Bu barədə Trend-ə səfirlikdən verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ilə bağlı cari ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar Azərbaycanın Kanadadakı səfirliyində səsvermə keçiriləcək.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən, səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi üçün Azərbaycanın Kanadadakı səfirliyində Seçki məntəqəsi yaradılıb. Məntəqədə vətəndaşlarımızın səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan tədbirlər başa çatdırılıb və zəruri hazırlıq işləri görülüb.

Kanadada yaşayan vətəndaşlarımızın səsvermə ilə bağlı məlumatlandırılması üçün səfirlik tərəfindən vətəndaşlarımıza bildiriş göndərilib və telefonla ətraflı izahatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti