...

Rusiyalı ekspert: Azərbaycan ordusunun gücü aprel döyüşlərində göründü

Siyasət Materials 7 Oktyabr 2016 11:10 (UTC +04:00)
“Müstəqillik əldə etdikdən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də dövlətçiliyin gücləndirilməsi üçün güclü ordunun yaradılması idi”.
Rusiyalı ekspert: Azərbaycan ordusunun gücü aprel döyüşlərində göründü

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

“Müstəqillik əldə etdikdən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də dövlətçiliyin gücləndirilməsi üçün güclü ordunun yaradılması idi”. Trend-in məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bu gün “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş konfransda deyib.

S.Markov qeyd edib ki, Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə gəlib. Rusiyalı ekspert deyib ki, Azərbaycan ordusunun gücü aprel döyüşlərində bir daha göründü.

S.Markov bildirib ki, bu gün Azərbaycanın qarşısında duran əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və ərazi bütövlüyünün təmin edilməsidir.

Rusiyalı ekspert həmçinin deyib ki, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin əldə olunması perspektivini vəd edən Kazan prinsipi yaradıldı, lakin təəssüflər olsun ki, bu il bunu reallaşdırmaq mümkün olmadı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti