...

Prezident: Xorvatiya Azərbaycanla iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır (YENİLƏNİB)

Siyasət Materials 21 Oktyabr 2016 12:11 (UTC +04:00)
Xorvatiya Azərbaycanla iqtisadi əməkdaşlığın gücləndirilməsində, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə, o cümlədən həyati önəm kəsb edən energetika sahəsində əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır.
Prezident: Xorvatiya Azərbaycanla iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır  (YENİLƏNİB)

Bakı. Trend:

Xorvatiya Azərbaycanla iqtisadi əməkdaşlığın gücləndirilməsində, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə, o cümlədən həyati önəm kəsb edən energetika sahəsində əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır.

Trend-in məlumatına görə, bunu Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç "Caspian Energy"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Xorvatiya "Şahdəniz" konsorsiumunun "Cənub qaz dəhlizi”nin tərkib hissəsi və Cənub-Şərqi Avropanın qaz təchizatı üçün optimal variant olacaq Transadriatik qaz kəməri ilə bağlı qərarından çox razıdır: “Avropa İttifqı TAP-ı ümumi maraqlara xidmət edən və qaz tədarüklərinin təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayan layihələrdən biri kimi tanıyıb. Artıq bir neçə ildir Azərbaycan çox gözəl iqtisadi artımı təmin edir və öz iqtisadiyyatının şaxələndirilməsi üçün səylər istiqaməti üzrə yaxşı işlər görür. Azərbaycan Avropa-Asiya nəqliyyat qovşağıdır. Beləliklə, Azərbaycan öz işgüzar və investisiya iqliminin yaxşılaşdırılması məqsədilə xeyli islahatlar aparıb və IT sektorun və turizmin inkişafı üçün böyük potensiala malikdir”.

Prezident qeyd edib ki, bununla əlaqədar Aİ Azərbaycanda modernləşmə prosesinin davam etdirilməsində mühüm rol oynaya bilər: “Xorvatiya ilə iqtisadi əməkdaşlıq bəzi sahələrdə inkişaf edə bilər: iqtisadi əməkdaşlığa kömək edən birgə qurumlar vasitəsilə əmtəə dövriyyəsinin artımı (iqtisadi əməkdaşlıq üzrə birgə hökümətlərarası komissiya); xüsusilə energetika və turizm sektorlarında investisiyalar üçün məkanın təmin edilməsi; turistlərin sayının artırılması".

O əlavə edib ki, Xəzər regionundan enerji resurslarının tədarükü Avropa İttifaqı üçün də böyük maraq kəsb edir və müvafiq olaraq Azərbaycanla münasibətlər Avropa İttifaqı üçün xüsusilə vacibdir: "Mən Azərbaycanla strateji tərəfdaşlığa nail olmağın vacibliyini dərindən dərk edirəm və hesab edirəm ki, gələcəkdə bu istiqamətlər çərçivəsində təşəbbüsdə iştirak edən ölkələr, eləcə də Azərbaycan və Xəzər regionu üçün qarşılıqlı səmərə əldə edə bilərik”.

Prezidentin sözlərinə görə, Xorvatiya üçün prioritet Azərbaycanda iştirakını genişləndirməkdir: "Bizim ümid etdiyimiz əsas amillər gəmilər, elektromontaj avadanlıq və hissələr, tibbi avadanlıq və dərman, minaların zərərsizləşdirilməsi üçün texnologiyalar və proqram həlləri kimi yüksək əlavə dəyərli və keyfiyyətli məhsullarımızın ixracıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti