...

Moldova səfirliyi Bakıda seçki məntəqəsi açır

Siyasət Materials 21 Oktyabr 2016 17:25 (UTC +04:00)
Oktyabrın 30-da Moldovada keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində seçki mətnəqəsi açılacaq.
Moldova səfirliyi Bakıda seçki məntəqəsi açır

Bakı. Trend:

Oktyabrın 30-da Moldovada keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində seçki mətnəqəsi açılacaq.

Səfirlikdən Trend-ə verilən məlumata görə, həmin gün Hüseyin Cavid prospekti 520, ev 12 ünvanında yerləşən Moldovanın Azərbaycandakı səfirliyində yerli vaxtla 07:00-21:00 arası açıq seçki məntəqəsi olacaq.

Məlumatda bildirilir: "Azərbaycan və Gürcüstan ərazisində 18 yaşına çatmış, daimi və ya müvəqqəti yaşayan Moldova vətəndaşlarını öz seçici hüquqlarından istifadə etmək dəvət edirik. Moldova Respublikasının səfirliyində yerləşən seçki məntəqəsində siyasi ifadə həyata keçirilməsi üçün, aşağıda sadalanan sənədlərin təqdim olunması lazımdır:
1. Molodova Respublikasının vətəndaşını pasportu;
2.Dənizçi pasportu".

Namizədlər haqqında daha ətraflı məlumatı Moldovanın Azərbaycandakı səfirliyində fəaliyyət göstərən seçki bürosunda əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti